“AZƏRBAYCAN DENİNCƏ” DƏRNƏYİNDƏN GÖZƏL BİR ADDIM

0
35

Türkiyənin Bursa şəhərində yaşayan və fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı“ (GİM AZDER)  Dərnəyinin rəhbəri  Hüseyin Vəliyev  nəcib təşəbbüs irəli sürüb. O, Türkiyənin Bursa  şəhərində   uğurla davam etdirdiyi  “ Qardaş ölkələr ,   Qardaş Şəhərlər, Qardaş məktəblər,  Qardaş uşaqlar” layihəsi çərçivəsində 14.06.2021 – 17.06.2021-ci il tarixlərində      Azərbaycandan dəvət olunan Millət vəkilləri , Qeyri Hökümət Təşkilatlarının və medianın nümayəndələri, həmçinin Azərbaycanın  Şəhid Milli Qəhramanlarının  yaxınlarının iştirakı ilə “Azərbaycan Cümhuriyyəti-103 il” tədbiri təntənəli şəkildə park və Küçə açılışı ilə  qeyd olunacaqdır. Bu barədə xəbəri medonline.az saytı redaksiyasına Hüseyin Vəliyev özü məlumat verib. 

Cümhuriyyətin 103 –cü ildönümü ilə əlaqədar tədbirin   nümunəvi addımla qeyd olunması ölkələrimiz arasında  mövcud  əlaqələri daha da möhkəmləndirəcək və sarsılmaz olmasına xidmət edəcəkdir. Xatırladırıq ki, Hüseyin Vəliyevin təşəbbüsü və Bursa Böyükşəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə Azərbaycanın şəhid Milli Qəhrəmanlarından bir neçəsinin adı əbədiləşdirilib. Onların adına istirahət parkı küçə adları verilib.

Biz, medonline.az saytı olaraq Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsi Başqanı Alinur Aktaş və  GİM AZDER rəhbəri Hüseyin Vəliyevə   təşəkkür edir və  uğurlarının davamını diləyirik.

                    Günel İbrahimli,

                Medonline.az saytının xüsusi müxbiri,

                       02.06.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code