“Yumşaldılmalar davam edəcək” – Professor

0
16
Vaksin pasportları ona görə verilir ki, peyvənd olunan şəxslərdə infeksiyaya qarşı immunitet yaranma ehtimalı yüksəkdir. Təbii ki, vaksin olunan bütün şəxslərdə immunitet formalaşmır, amma immunitet səviyyəsi əksər adamlarda vaksinasiya qaydası ilə artırılmalıdır. Bu baxımdan vaksin pasportunun verilməsi bu insanları digərlərindən fərqləndirir. Vaksin olunan şəxslərə müəyyən üstünlüklərin tanınması da əslində onların ətraf aləm üçün daha təhlükəsiz olmalarından irəli gəlir.
 
Medonline.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
 
 
Həkim qeyd edib ki, ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycan vətəndaşları üçün əlçatandır:
 
“Ölkədə karantin qaydalarının yumşaldılması COVID-19 infeksiyasına qarşı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyinin nəticəsində mümkün oldu. Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşaldılmalara şərait yaratdı. Epidemioloji vəziyyətin stabilləşməsi hesabına yumşaldılmaya gedildi. Yoluxanların sayı azaldıqca, infeksiyanın üzərində tam nəzarət tam təmin olundu. Düşünürəm ki, sosial həyatın ayrı-ayrı sahələrində də yumşaldılmalar davam edəcək”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code