Hollandiya Azərbaycan -Türk Kültür Dərnəyi, 44 günlük II Vətən Müharibəsində yaralanan igid Qarabağ qaziləri üçün “Qürbətdən Qarabağa” başlığı altında yardım kampaniyası hazırlayıblar. Xaricdə yaşayan diaspor fəallarımızdan olan İlhan Aşkın və “Kros Medical CZ” şirkətinin sahibi Ron bəy və Səfər Gürelin başlatdığı bu kampaniya çərçivəsində şəhid və qazi ailələri üçün 12.000 euro və qazilər üçün əlil arabalarının alınmasını nəzərdə tutan kampaniyada isə 3 gündə ümumilikdə 15.000 euro vəsait toplanmışdır. Kampaniyada nəzərdə tutulan əlil arabalarının və maddi dəstəyin oktyabr ayının sonuna qədər Avropadan Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdur.
Biz də Medonline.az saytı olaraq, başda İlhan bəy olmaqla kampaniyada əməyi keçən hər bir kəsə, belə gözəl və nümunəvi addım üçün təşəkkürümüzü bildiririk və bütün yardımsevər , xeyriyyəçi dostları kampaniyaya dəstək verməyə səsləyirik.
Günel İbrahimli,
Medonline.az
26.05.2021