Politoloq Mobil Vəkiloğlu:- Biz kimi müdafiə etməliyik? Fələstini yoxsa İsraili?

0
196

Son vaxtlar Fələstin-İsrail münasibətlərinin kəskinləşməsi bütün dünyanın diqqət mərrkəzindədir, lakin bu məsələ ən çox Azərbaycan  əhalisi arasında müzakirə edilir. Azərbaycan cəmiyyəti rəsmən iki yerə bölünmüş, bir qisim əhali yəhudiləri, digər qismi isə fələstinliləri müdafiə edirlər. Birincilər yəhudilərin daima Azərbaycanı müdafiə etdiyini, ən çox da ikinci Qarabağ savaşında bizə həm silah, həm də siyasi dəstək verdiklərini əsas gətirirlər. İkincilər isə əsasən ümmətçiliyi və  İslam dininin Məkkədən sonra ikinci müqəddəs yerlərinin Qüdsdə yerləşdiyini əsas gətirirlər. Son 11 günlük Fələstin-İsrail münaqişəsində Azərbaycan əhalisi  sözügedən dövlətlərin əhalisindən heç də az gərginlik yaşamadı. Təəssüf ki, çoxları münaqişənin tarixini, yaranma səbəblərini bilmir və hadisələrə öz şəxsi marağından münasibət bildirirlər. Gəlin, Fələstin-İsrail, Ərəb-Yəhudi münaqişəsinə bir nəzər salaq. Oradan başlayaq ki, Ərəb-Yəhudi münaqişəsi çox qədimə gedir.

     İlk olaraq onu qeyd edim  ki, ərəblər və yəhudilər soykök və nəsil olaraq eyni sami dil qrupun  aid xalqlardır.

    Bu barədə hətta müsəlmanların müqəddəs kitabı Quranda da qeyd edilir ki, İbrahim peyğəmbərin İsaqdan olan törəmələri yəhudilər, İsmayıldan olanları isə ərəblərin nəsilləridirlər. Ərəb-Yəhudi münaqişəsi ta Məhəmməd peyğəmbərin zamanından var və 637-640-cı illərdə ərəblərin Fələstini işğal etməsi nəticəsində burada yaşayan sami tayfaları arameylər və başqa tayfalar tədricən İslam dinini qəbul etdilər və ərəbləşdilər (hamısı eyni köklü xalqlardır). Hətta yəhudilərin də bir qismi islama keçərək ərəblərin içində asimlyasiyaya məruz qaldılar.Qalan qismi isə dünyanın müxtəəlif yerlərinə səpələndilər. Sözügedən əraziləri 7-ci əsrdən 1517-ci ilə qədər ərəblər, 1517-ci ildən 1917-ci ilə qədər isə Osmanlı türkləri tərəfindən idarə olunub.  Fələstinlilər və bütövlükdə ərəb xalqalarını nə qədər ki, türrklər qoruyurdu onlar  əmin-amanlıqda yaşayıırdılar. Müsəlmaanların qoruyucusu və islamın əzələsi olan türklər 1-ci dünya savaşında məğlub olduqdan sonra bütün ərəb dünyası işğala məruz qaldı. 1-ci dünya müharibəsi zamanı 1917-ci ildə İngiltərə Fələstini işğal etdikdən sonra dərhal ərazidə Yəhudi dövləti yaratmaq məəqsədi ilə əraziyə yəhudiləri köçurtməyə başladı. Belə ki, 1917-ci ildə Fələstində 500 min əhalinin cəmi 5%-i (25min) yəhudilər idi. Lakin 1947-ci ildə artiq Fələstin torpaqlarında 610 min yəhudi, 1 milyon 255 min ərəb yaşayırıdı. Ərəblərin yenə də yəhudilərdən iki dəfə çox olmasına baxmayaraq 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə yaradılacaq Fələstin-İsrail dövlətlərinin ərazisi ədalətsiz bölündü. Cəmi 25, 4 min kv km ərzisi olan Fələstin torpaqlarında 750 min ərəb və 10 min yəhudinin yaşayacağı Fələstin-Ərəb dövləti 11,1 min kv km, 500 min yəhudi və ərəb 400 min ərəbin yaşayacağı Yəhudi dövləti isə 14,1 min kv km əraziyə sahib olmalı, Qüds (Yerusəlim) şəhəri 105 min ərəb və 100 min yəhudi ilə (ümumi ərazinin 1%-İ) BMT-nin nəzarətində xüsusi statusla idarə olunmalı idi. 1948-49-cu illərdə İsraillə Misir başda olmaqla İordaniya, Suriya, Fələstin ərəbləri və başqa ərəb dövlətlərinin maddi-siyasi dəstəyi ilə müharibə olmuş, nətcədə yaradılmalı olan Fələstin dövlətinin 6,7 min kv km-i İsrailə 4,4 min kv km-i isə Misir və İodaniyaya birləşdirildi. 1949-cu ildə İsrail ilə İordniya arasında bağlanmış sazişə görə Qüds şəhəri iki hissəyə böllündü.Ərazicə böyük olan batı (qərb) hissə İsrailə, doğu (şərq) hissə isə İordaniyaya verildi. Göründüyü kimi Fələstin torpaqlarının Misirə və İordaniyaya birləşdirilməsi İsraillə bərabər yaradılmalı olan Fələstin dövlətinə və xalqına qarşə ərəblər tərəfindən vurulan ən böyük zərbə idi. 1967-ci ilin iyulunda baş vermiş növbəti Ərəb-İsrail müharibəsi daha acınacaqlı oldu. Nəticədə İsrail Misirdən Sina yarəmadasını, Suriyadan Colan təpələri rayonunu (1,8kv km) və İordaniyadan isə Qüdsün doğu (şərq) hissəsi olmaqla 6,6 min kv km ərazini işğal etdi.  Bir nneçə ildən sonra 1973-cü ilin növbəti Ərəb-İsrail müharibəsi nəticəsində Suriya ərazisinin bir hissəsini qaytarsa da ümumilikdə isə ərəblər yenə də məğlub oldular. Bu hadisədən sonra ərəb dövlətləri bir daha İsraillə müharibəyə girməkdən çəkindilər, Fələstin ərəblərinə yalnız madd-mənəvi dəstək olmağa çalışdılar.

    Misir 1978-ci ildə ABŞ vastəçiliyi ilə seperat danışığa gedərək İsraillə razılığa gəlirlər və 1982-ci ildə İsrail qoşunları Misirin Sina yarımadasından çıxarıldı.

      Bu gün Suriyanın Colan təpələri (1min kv km) Livanın quzey (şimal) hissəsində 10 km ərazi İsrailin  işğalı altındadır. Misirin geri çəkilməsindən sonra fələstinlilər öz mübarizəsindən bir addım olsun geri çəkilməmiş, əksinə onların mübarizəsi daha da inadkar xarakter almışdır. 1948-ci ildən hər cür silaha qarşı əli yalın, adi çaylaq daşı ilə silahlanan fələstinlilər dünya tarixində ən uzun müddətli, ən inadkar müqavimətin rəmzinə çevrilmişlər. Sonuncu 2021-ci ilin may ayında baş vermiş İsrail- Fələstin münaqişəsində çox kəskin şəkildə ikiyə bölünmüş Azərbaycan cəmiyyəti  yəhudiləri, yoxsa Fələstin ərəblərini müdafiə etməlidir?

      Hər şeydən əvvəl ondan başlayaq ki, İsrail bizə nə qədər dost ölkə olsa da rəsmi Azərbaycan dövləti 1975-ci il Helsinki yekun aktına sadiq qalaraq açıq şəkildə Fələstinin haqlı olduğunu  bildirir, İsrail dövləti də bunu anlayışla qarşılayır.

       Qarabağ məsələsində Fələstin rəsmiləri erməniləri dəstəkləsə də sadə ərəblərin qəlbi haqqın, həqiqətin və müsəlman qardaşları olan Azərbaycanın yanındadır. 2-ci Qarabağ müharibəsində Azərbaycana hər cür siyasi, hərbi yardım edən İsrail dövləti və xalqı olsa da biz azərbaycanlılar Ərəb-İsrail məsələsində sülhün, əmin-amanlığın tərəfində olmalıyıq. Nə qədər ki, dünyada müsəlman müsəlmanı, xristiyan xristiyanı, yəhudilər (iudaizm dini) yəhudiləri və ən nəhayət dövlətlər öz iqtisadi, siyasi maraqlarını haqq-nahaq müdafiə edəcəklər dünyada sülh, əmin-amanlıq olmayacaq. Dünyanın bir gözü həmişə güləcək, digəri isə ağlıyacaq.

       Sonda biz azərbaycanlılar sülhün, əmin-amanlığın, qardaşlığın tərəfində olmalıyıq.  Nə yaxşı olardı eyni kökdən, eyni qandan olan ərəblər və yəhudilər  bir-birinin qanını tökmədən sülh şəraitində yaşayardı.

Politoloq Mobil Vəkiloğlu

Medonline.az

26.05.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code