Covid peyvəndindən sonra tromboz olmaması üçün nə etməli – Avropadan tövsiyələr

0
13
EMA – Avropa dərman vasitələri üzrə Agentliyi Covid AstraZeneca peyvəndi etdirən pasiyentlərdə tromboz olmaması üçün tövsiyələr sənədi hazırlayıb.
 
Medonline.az xəbər verir ki, Oksford universitetinin alimləri peyvəndin ilkin dozasından sonra pasiyentlərin vəziyyətini izləməyi və trombozlaşmaya meyilliyin yaranıb-yaranmamasını yoxlamağı tövsiyə edir. Əgər tromboza meyillik oldusa və risk varsa, ikinci dozadan imtina etməlisiz.
 
Yeni təlimata əsasən trombositləri aşağı olan və tromboz müşahidə edilən xəstələrə covid 19 peyvəndi vurulmamalıdır. Əgər bu hal birinci dozadan sonra olarsa, ikinci doza olmamalıdır.
 
– Aşağı trombositli trombositopeniya trombozu olanlara AstraZeneka olunmamalıdır
 
– Vaksindən sonrakı 2 həftə ərzində istənilən pasiyentin qanında tromboz əlamətləri və trombositlərin sayı izlənilməlidir.
 
Peyvənddən sonrakı 2 həftədə aşağıdakı simptomlardan biri baş verərsə dərhal peşəkar tibbi yardıma müraciət edin:
 
– Döş qəfəsində ağrı
– Təngnəfəslik
– Qarında daim ağrı
 
– Güclü baş ağrıları, görmənin dumankanması, qıcolmalar
– Bədəndə, qol və ayaqlarda göyərmələr, qansızmalar, ləkələr
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code