Qazilərə yardım etmək üçün həkim TAPILMAYIB? – FOTO

0
19

Sosial şəbəkələrdə Tovuz rayon Mərkəzi Xəstəxanasında halı pisləşən Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkim tapılmaması ilə bağlı görüntülər yayılıb. Görüntülərdə deyilir ki, tibb müəssisəsində müalicə alan üç qaziyə yardım göstərmək üçün xəstəxanada növbətçi həkim belə olmayıb. Vəziyyəti ağırlaşan qazilərə öz yaxınları və döyüş yoldaşlarının köməklik göstərdiyi bildirilir. 

Medonline.az xəbər verir ki, problemlə bağlı Qafqazinfo Tovuz RMX baş həkimi Mahirə Quliyeva ilə əlaqə saxlayıb. Baş həkim bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur. Həmin vaxt da həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər.  

“Həmin gün qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəliblər. Təəssüf edirik ki, bu qazilərdən birinin də vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib. Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə verməyib”. 

Xəstəxanadan həmçinin bildirilib ki, hazırda həmin şəxslərin müalicəsi aparılır. Lakin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code