Covid-19 – a təslim olmayaq – Özünütəcridi necə faydalı edək?

0
10
Karantin qaydalarına düzgün əməl etmək Covid-19 – un yayılmasını azaltmağa və epidemiyanın pik səviyyəsindən qaçmağa imkan verir ki, bu da səhiyyə orqanlarının üzərinə düşən yükü azaldar – daha çox həyat xilas olar.
 
Covid-19 üçün risk altında olanlar
 
COVID-19-u yüngül simptomlarla keçirənləri xəstəxanaya yerləşdirməyə ehtiyac olmur. Yaşı 65 –dən yuxarı olan insanlar, həmçinin ürək-damar xəstəlikləri, şəkərli diabeti, tənəffüs sisteminin xəstəlikləri, hipertoniya xəstəliyi, xərçəng xəstəliyi, piylənməsi olan pasientlər və immunosupressiv müalicə alanlar arasında COVID-19-dan ölüm riski çox böyükdür.
 
 
Qalan yetkin insanlarda yaşlı və sadaladığımız xəstəlikləri olan pasientlərlə müqayisədə ölüm riski azdır.
 
Uşaqlarda böyüklərə nisbətən xəstəliyin gedişi daha yumşaq və proqnozu daha yaxşıdır, ölüm halları olduqca nadirdir
 
Özünütəcrid və ya karantini necə faydalı etmək olar?
 
Özünü təcrid edib evdə oturmaq fiziki fəaliyyətin azalmasına, sağlamlığınızın pisləşməsinə və depressiyaya səbəb ola bilər.
 
Evdə gəzinti, velosiped sürmə, aerobika, Tai Chi gimnastikası – Çindəki tədqiqata görə koronavirus səbəbilə karantin müddətində çinlilər hərəkət defisitini belə kompensasiya etdilər.
 
Gündəlik ən az 30 dəqiqə orta fiziki aktivlik və ya günaşırı 20 dəqiqə intensiv fiziki aktivlik hipodinamiyanı istisna etmək, depressiyanın qarşısını almaq və sağlamlığınızı dəstəkləmək üçün vacibdir .
 
Sadə karbohidratları qidanızdan çıxarın. Hiperqlikemiya və çox miqdarda karbohidrat yemək, infeksiyaya qarşı anadangəlmə immun cavabı zəiflədə bilər; Covid-19 ilə xəstəxanaya yerləşdirilən şəkərli diabetli olan xəstələrin bəzilərində ağırlaşmalar bununla izah edilə bilər.
 
Stresdən qaçın. Stress- stress hormonlarını artırır. Məsələn, adrenalinlə adrenergik reseptorların aktivləşdirilməsi immuniteti zəiflədir.
 
Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır.
Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə qədər immuniteti azaldır. Yuxu rejiminin pozulması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır.
 
Xəstələnmə riskini azaltmağın vacib aspekti- stresi azaltmaq və yuxu çatışmazlığını aradan qaldırmaqdır. Lakin, həddindən artıq panika, qeyri-müəyyənlik, saxta xəbərlər – bütün bunlar stresə və yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
 
Çinli alimlərin apardığı araşdırma göstərir ki, Çinin mərkəzində, 2020-ci ilin yanvar ayında COVID-19 epidemiyası səbəbilə karantin zamanı, evdə 14 gün qalarkən, dövlət tədbirlərinə sosial etimad göstərmiş insanlar daha az stress keçirmiş və yuxunun keyfiyyəti yaxşı vəziyyətdə olmuşdur. Buna görə saxta xəbərlər oxumaq və özünüzü aldatmaq lazım deyil.
 
Karantin qaydalarına, düzgün qidalanmaya, yoluxmamaq üçün sanitar-epidemioloji qaydalara (əlləri tez-tez yumaq, maska taxmaq, sosial məsafə saxlamaqla) əməl etməklə zənciri qırıb, COVİD -19 –a qalib gələ bilərik.
 
Əgər tənəffüsünüzdə problem, döş qəfəsində davamlı ağrı və ya təzyiq varsa təcili yardım çağırın!
 
Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman əlimizdə deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür. Bunun üçün Neurexan preparatından istifadə etmək məqsədə uyğundur. Təbii tərkibli, kiçik dozalarda olan, biotənzimləyici Neurexan preparatı Almaniya istehsalıdır. Neurexan preparatı biotənzimləyici təsiri hesabına sinir sistemini sakitləşdirir, fizioloji yuxu ritmini bərpa edir, qanda stress hormonunun miqdarını tənzimləyərək orqanizmin stresə qarşı reaksiyasını normallaşdırır: beləliklə, yuxusuzluğu, qorxunu, həyəcanı, narahatlığı, nigaranlığı, tez özündən çıxmanı və s. aradan qaldırır. Neurexan preparatının heç bir əlavə təsiri, əks göstərişinin olmaması, gündüz yuxululuq verməməsi və asılılıq yaratmaması onu uzun müddət istifadə etməyə imkan verir. Bütün yaşlarda istifadə etmək olar.
 
İstifadəsi də rahatdır:
 
Neurexan- 1 tab gündə 3 dəfə dil altına qoyulur, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra.
 
İmmun sistemin zəifləməsi infeksiyalara yoluxma riskini artırır.
 
ENGYSTOL
 
İnterferon sintezini stimulə edir
Virusların replikasiyasını inhibə edir
Qranulositlərin faqositar aktivliyini stimulə edir
 
Beləliklə, Engystol preparatı virus infeksiyalarına yoluxmadan qoruyur və ya xəstəliyin yüngül keçməsinə, sağalma dövrünün qısalmasına səbəb olur.
 
İstifadəsi: 1 tab gündə 3 dəfə dil altına qoyulur, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra
 
Engystol təbii tərkiblidir, nanodozalardadır, heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Hamilələr, süd verən analar, qocalar, hər yaşda uşaqlar istifadə edə bilər. Biotənzimləyici preparat olduğu üçün immun sistemin fəaliyyətini normallaşdırır, artıq çalışdırıb yormur.
 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code