5 ölkə Fələstin üçün ORDU GÖNDƏRİR?

0
16

İsrail-Fələstin münaqişəsi ilə əlaqədar bölgəyə koalisiya qüvvələri yerləşdirilə bilər.

Medonline.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, mütəxəssislərin fikrincə, Fələstinin müdafiəsi üçün Türkiyənin təklifi məntiqlidir. Belə ki, Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələrin orduları İordaniya və Livana yerləşdirilə bilər. Bu koalisiya qüvvələrinin Fələstin və müqəddəs yerləri qoruya biləcəyi vurğulanıb.

Bildirilib ki, bunun üçün BMT TŞ-nin təsdiqi lazımdır. Bir veto qərarı isə bu koalisiya qüvvələrinin qarşısını ala bilər.

Qeyd edək ki, ABŞ İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələrin qəbuluna imkan verməyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code