​Rüşvətə görə tutulan məmur 200 manat cərimə ilə AZADLIĞA BURAXILDI – TƏFƏRRÜAT

0
10

2021-ci ilin martında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.

Medonline.az Hit.az-a istinadən xatırladır ki,  əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçmişdi. 

Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalovu 200 manat cərimə etməklə azad ediblər. Halbuki, Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunmuşdu. Buna səbəb isə həbsindən sonra Tural Zeynalovun cinayət ortaqları haqda ətraflı ifadə verməsi idi. O, aldığı rüşvət, iş  bölgüsünün detallarını istintaqçılardan gizlətməmişdi. Məlum olmuşdu ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa, Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code