​Türkiyə ilə ortaq layihə: “Əsgərə Xatirə Kitabı” – FOTO

0
8

Azərbaycanda Nuranə Şıxəliyevanın rəhbərliyi altında 5 ildir fəaliyyət göstərən “Əsgərə Xatirə Kitabı” ləyihəsi bu dəfə Türkiyənin Qaradəniz Təhsil Mədəniyyət və Ətraf Qoruma Vəqfi ilə ortaq layihə həyata keçirib.

Medonline.az xəbər verir ki, 3 gün sürən bu layihənin əsas məqsədi Ramazan ayı münasibəti ilə Azərbaycanda şəhid ailələrini, əsgərləri, qazilerimizi ziyarət etmək, onların problemləri ilə yaxından tanış olmaq və bayram sovqatları təqdim etmək olub.

Layihənin ilk günü “Həyat” klinikasında təmannasız müalicə alan qazilərlə görüşən heyət , ikinci gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət şəhəri elan edilən Şuşaya səfər ediblər. Səfər çərcivəsində qonaqlar N saylı hərbi hissədə əsgərlərlə görüş keçirərək, hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd ediblər. Qonaqlar Cıdır düzünü və Yuxarı Gövhər ağa məscidini, tarixi yerləri də ziyarət ediblər.

Daha sonra Füzulidə Aprel döyüşlərində iştirak edən qazilərlədə görüşüb, şəhid ailələrinə də baş çəkiblər. Səfər zamanı vəqfin heyəti millət vəkili Vüqar İsgəndərov, Hikmət Babaoğlu və iş adamları ilə də görüşüb,  zəfər sevinclərini paylaşıblar.

Heyət Ümumilli lider Heydər Əliyevi və görkəmli şəxsləri,Türk şəhidliyini və şəhidlər xiyabanınıda ziyarət ediblər.  

Layihənin son günündə Layihənin rəhbəri Nuranə xanım, vəqfin sədri Yusif Cəvahirə, vəqfin baş katibi Hüseyn Gülərə, müavinlər Tuncar Yılmaza və Alirza Zora təşəkkür plaketləri təqdim edərək, gələcəkdə ortaq layihələr həyata keçirmələrini söyləyiblər.

Qeyd edək ki, layihə Türkiyənin “Bengü Türk” kanalında yayımlanan “Azərbaycan Rüzgarı” programının müəllifi və aparıcı Səidə Ömərin təklifi ilə baş tutub.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code