​Saxta Qarabağ əlilləri arasında DAVA DÜŞDÜ – VİDEO

0
9

 

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.

Medonline.az xəbər verir ki, bu barədə hadisə şahidləri Yeni Sabah-a məlumata verib. Dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb.

Redaksiyaya təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər.

Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür.

O və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə, M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb aralarında olan pul haqq-hesabı olub.

Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code