​Festivalda Əliyevin çıxışı TARİXİ HADİSƏ İDİ – Millət vəkili

0
18

“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya bir daha nümayiş etdirmiş oldu. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməyimiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə həm də necə böyük mədəniyyət yarada bilmə qabiliyyətini göstərdi. Eyni zamanda həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağmızın nümayişi oldu.

Medonline.az xəbər verir ki, bunu azadinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

“Xarıbülbül” festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə Hikmət Babaoğlu qeyd edib ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün mövcud olan multikulturalizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi:

“Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir. Bu zənginliyi, multikulturalizmi, tolerantlığı və birgəyaşayışı mənimsəyə bilməyənlər isə yalnız ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirərək onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni, etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazın etnolandşaftına aid edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi əslində həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi”.

Deputat bildirib ki, festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi mesajlar isə ayrıca tarixi hadisə idi:

“Bu, tarix yazan Prezidentin və Müzəffər Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesajlar isə milli yaddaşımıza əbədi həkk olundu”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code