Bakının mobilliyinin inkişaf strategiyası hazırlanıb – RƏSMİ

0
8

Ümumilikdə son 5 ildə 236 küçə və prospektə dəyişikliklər təklif edilib. Bunlar piyadaların təhlükəsizliyi üçün irəli sürüb.

Medonline.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, qurumun əsas strateji məqsədi alternativ nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyini təmin etməkdir:

“Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir. Şəhər mobilliyinin inkişafı, piyada zolaqlarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması Bakı Nəqliyyat Agentliyinin əsas strateji məqsədlərindəndir.

Mobilliyin inkişafı və onun strateji əsaslarının müəyyənləşdirilməsinin vacibliyi müasir cəmiyyətdə baş verən iqtisadi və sosial transformasiyalarla bağlı zərurətdən irəli gəlir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakı şəhərinin mobilliyinin inkişaf strategiyasının layihəsi hazırlanıb, məqsədləri, prinsipləri və strateji hədəfləri müəyyən edilib”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code