Azərbaycan kəndlərində ilk dəfə olaraq GPON texnologiyası əsasında şəbəkə qurulur – FOTO

0
12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network ) şəbəkəsi qurulur. 

Bu barədə Medonline.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Belə ki, Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir. 

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 kilometrdən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə üç kilometrdən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb. 

Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code