İraqın şimalında yerləşən Metina bölgəsində “Pəncə-Şimşək” əməliyyatı çərçivəsində daha 3 PKK terrorçusu məhv edilib.
Medonline.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik “Terrorçu yuvalarına hücumları davam etdiririk. Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq”,- deyə bildirilib.
Qeyd edək ki, “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları Türkiyə Silahlı Qüvvələri tərəfindən 23 aprel tarixində başladılıb. Əməliyyatların ilk iki həftəsində 70-dən çox terrorçu zərərsizləşdirilib