Sabiq alay komandiri Arif Paşanın doğum günüdür!

0
35
1991-1993-cü illərdə fəaliyyət göstərmiş Laçın Əlahiddə Özünümüdafiə Alayının (öncə Tabor) sabiq komandiri Arif Fəxrəddin oğlu Paşanın doğum günüdür. Arif bəy 15 may 1959-cu ildə Laçın şəhərində doğulub, ali təhsillidir. 1988-ci il fevralın 12-də erməni daşnakları Qarabağın Ermənistana birləşdirilməsi tələbilə DQMV-nin Əsgəran və Xankəndi şəhərlərində fasiləsiz mitinqlərə başlayarkən A.Paşa daşnak tör-töküntülərinə cavab vermək məqsədilə gizli silahlı təşkilat- Müvəqqəti Fövqəladə Komitə yaradıb. Həmin ilin aprel ayında üzvlərin sayı 3 min nəfəri ötmüş Laçın rayon Müdafiə Komitəsini yaradıb. 1991-ci ilin oktyabr ayında Respublika Müdafiə Nazirinin 1 nömrəli əmrinə əsasən Laçın rayon Ərazi Müdafiə Taborunun komandiri təyin edilib. A.Paşanın rəhbərliyi altında nizami hərbi hissə-alay yaradılıb. Arif bəy Ermənistanla Azərbaycan sərhəddində təhlükəsizliyin qorunması üçün əllərindən gələni əsirgəməyib. Arif bəyin ətrafında olan könüllülər Laçının etibarlı müdafiəsi üçün var qüvvələrini sərf ediblər. Təiəssüflər olsun ki, Şuşanın işğalı ərəfəsndə-1992-ci il aprelin 30-da A.Paşa tutduğu vəzifədən azad edilib. Beləliklə də, mayın 8-də Şuşa şəhəri, 10 gün sonra isə Laçın rayonu işğal edilib. Arif bəyin 2 qardaşı da Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Arif Paşa 1988-ci ilin noyabr ayının 17-də başlanan Azərbaycan milli-azadlıq hərəkatının fəallarındandır.
Dəyərli Arif Paşanı doğum günü ilə əlaqədar təbrik edir, ən xoş arzularımı bildirirəm.
 
Hörmətlə,
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru.
Bakı, 15.05.2021.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code