Prezidenti kövrəldən gənc xanəndə əməkdar artistin oğlu imiş – VİDEO / FOTO

0
34

Bir neçə gün öncə Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb. Xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça Prezident İlham Əliyevi və festivalın qonaqlarını kövrəldib.

Medonline.az unikal.org-a istinadən xəbər verir ki, gənc xanəndə əməkdar artist Təyyar Bayramovun oğludur.

K.Bayramlı 2006-cı ildə Bakı şəhərində anadan olub. O, hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinifində təhsil alır. 3 yaşından muğamla məşğul olan xanəndə Bülbül adına müsabiqənin ən kiçik lauratı olub. K.Bayramlı 7-ci Uşaq Muğam müsabiqəsində birinci yerə, Xan Şuşunskinin 100 illiyinə həsr olunan müsabiqədə Qran Pri mükafatına layiq görülüb. O, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi keçirilən İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivalda Sami Yusiflə eyni səhnəni bölüşüb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code