Yaxın şərqin tarixi problemi: Azərbaycan kimin tərəfindədir?

0
11

İsrail məsələsi dünənin bu günün məsələsi deyil. Uzun illərə söykənən bir məsələdir. Nə İsrail Qüdsün Fələstinə verilməsinin tərəfdarıdır, nə də Fələstin İsrailin Qüdsə sahib olmasına razıdır. Bu məsələnin həlli hazırda mümkünsüz görünür”.

Bu açıqlamanı Medonline.az-a Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov edərək qeyd etdi ki, 2018-ci ildə Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanıması vəziyyətin ən pik həddə çatdığını göstərdi.

“1948-ci ildən başlayaraq İsrail öz müstəqilliyini elan etdikdən sonra tərəflər arasında münaqişənin kökləri daha da dərinə enməyə başladı. Bu məsələ elə bir həddə gəlib çatıb ki, demək olar ki, həll olunmayacaq səviyYədədir. Son hadisələrin kökü isə Fələstinlilərin Əl-Əxsa məscidində namaz qılmaqistəyi ilə başladı. Nəticədə məscidə daxil olan israilillər, namaz qılanlara atəş açaraq, daha da gərgin vəziyyətin alovlanmasına səbəb oldular”.

Politoloq deyir ki, son hadisələrdən sonra müsəlman dövlətlərinin xüsusilə qardaş Türkiyənin İsrailə qarşı münasibətləri dəyişib. Bəs Azərbaycan İsrail-Fələstin münaqişəsində hansı tərəfin yanındadır?

“Qeyd edim ki, Azərbaycan ilə İsrail arasında münasibətlər yüksək pillədədir. Azərbaycan, iki dövlət arasında baş verənlərə tərəfsiz münasibət sərgiləyir. Onu da qeyd etmək lazımdır ki, Fələstin zaman-zaman Ermənistana dəstək verən dövlətlərdən olub. Buna baxmayaraq Azərbaycan islam ənənələrinə sadiq qalaraq, müsəlmanlara olan həmrəyliyi üstün tutaraq, Fətəstin ilə bu məsələni çox da ciddi müzakirə etməyibdir.

Hesab edirəm ki, Azərbaycanın indiki vəziyyətdə mövqeyi bəllidir. Günahsız insanların ölümünə səbəb olan hər hansı iğtişaşa Azərbaycan müsbət münasibət göstərmir. Amma İsrail ilə münasibətlərin də əhəmiyyətinin fərqinə vararaq bu məsələ də bitərəf mövqe sərgiləyir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Mübahisələrin dinc yolla həll edilməsini əsas fikir kimi diqqətdə saxlayaraq Qüdsdə baş verən insan ölümünün sonuncu olmasının arzusundayıq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code