Dahi şəxsiyyət Heydər Əliyevin doğum günüdür!

0
53

Hər xalqın, hər el-obanın həyatında unudulmaz günlər, tarixlər olur.1920-ci ilin aprel ayının 28-də itirilmiş, 1991-ci il oktyabrın 18-də bərpa edilmiş Azərbaycanın Dövlət müstəqilliyinin bərpası günü də unudulmaz tarixi günlərdən biridir. Kimsəyə sirr deyil ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi əksər qonşu ölkələrin ciddi narahatçılına səbəb olmuşdu. Məhz elələri Əbülfəz Elçibəyin Dövlət Başçısı kimi fəaliyyətinə mane oldular.1993-cü il iyun ayının 15-də yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ölkənin ərazi bütövlüyünün bərpası naminə mühüm addımlar atdı. Ulu öndər öncə döyüşən tərəflər arasında atəşkəs müqaviləsinin bağlanmasına nail oldu. İqtisadiyyatın inkişafı, ordu quruculuğu naminə əllərindən gələni əsirgəmədi. 2003-cü il dekabr ayının 12-də dünyasını dəyişəndə siyasi varisi İlham Əliyev bu missiyanı aparmağa başladı. Həyata keçirilən tədbirlər nəticəsində biz xalq olaraq Ermənistan Resplikasının rəhbərliyini kapitulyasiya (məğlub olma) sənədini imzalamağa vadar etdi. Ermənistan ən azı 5 milyard ABŞ dolları həcmində ziyana düşdü. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Buna görə öncə Uca Yaradana, sonra isə Heydər Əliyevə, bütün xalqımıza və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minnətdarıq.
May ayının 10-u Tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Biz, bu dahi insanı hörmətlə yad edirik. Ruhun şad olsun, Böyük İnsan.

Hörmətlə,
Şamil Sabiroğlu, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı.
Bakı, 10.05.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code