Uşaqları “Redbull”la mükafatlandıran klubdan AÇIQLAMA

0
18

Xocalı Futbol Klubu səhifəsində yeniyetmə üzvlərinin enerji içkisi içdiyini əks etdirən fotolar sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.

Medonline.az xəbər verir ki, bu görüntülərin paylaşılmasına görə çox insan klubu azyaşlılar üzərindən zərərli içkilərin reklamında günahlandırıb.

Bu barədə Medonline.az-a açıqlama verən klubun rəhbəri İlkin Hacıyev bildirdi ki, Xocalı Futbol Klubunun bu qədər uğurları olduğu halda belə bir səhv ucbatından adının pis hallanması qəbuledilməzdir.

“Çəkilən fotoşəkil valideynlərin işgüzarlığı səbəbindəndir. Onlar uşaqları yarışdan sonra sevindirmək məqsədi ilə energetik içkilər almaqla mükafatlandırıblar. Klubun əməkdaşları da fotonun mahiyyətini dərk etmədən sosial şəbəkələrdə paylaşıblar. Biz klub olaraq nəyin ki, energetik içki, heç qazlı rəngli suları da uşaqlara qidalanmaq üçün vermirik. Klubun uğurlarına kölgə salmağa çalışan bu hal ilə qətiyyən əlaqəmiz yoxdur. Xahiş edirik ki, Xocalı Futbol Klubunun adını belə bir qalmaqallarla deyil, uğurlarımız ilə hallandırsınlar”.

Qeyd edək ki, tənqidlərdən sonra paylaşım səhifədən silinib. Xatırladaq ki, Xocalı FK 2019-cu ilin 20 noyabrında yaradılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code