Bakının ictimai nəqliyyat DƏRDİ: Sıxlığa qarşı niyə seyrək tədbirlər görülür?

0
9

Hazırda Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülsə də, ictimai nəqliyyatda sıxlığın azaldılmasına hələ də müvəffəq olmaq mümkün olmayıb.

Tez-tez vətəndaşlar sosial şəbəkələrdə müxtəlif nömrəli avtobuslarda olan sıxlıqdan şikayət edirlər.

Yoluxma zəncirinin bilavasitə qırılmamasına şərait yaradan ictimai nəqliyyatdan olan sıxlıq ilə bağlı Medonline.az-ın qaynar xəttinə də şikayətlər daxil olur. Həmin narazılıqlardan biri də 165 nömrəli avtobusda yaşanan sıxlıq ilə bağlıdır. Sərnişinlər deyir ki, avtobuslar olduqca köhnədir, sürücülər daha çox adamı avtobusa mindirməklə, təhlükəli bir vəziyyətin yaranmasına şərait yaradırlar.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Metbuat.az-a bildirdi ki, “Çinar-Trans” MMC-nin müvəqqəti istismarında olan 165 nömrəli müntəzəm marşrut xətti ilə bağlı vəziyyət bizə məlumdur. Agentliyin rəsmisinin sözlərinə görə həm sərnişinlərdən daxil olan şikayətlərin araşdırılması, həm də aparılan mütəmadi monitorinqlər zamanı bu xətt üzrə sərnişindaşımaların təşkilində nöqsanların olduğu müəyyən edilib.

Mais Agayev ve ailesi koronavirusa yoluxdu - VİDEO

“Məsələ ilə bağlı müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunur. Hər gün səhər və axşam pik saatlarında biz də bunun şahidi oluruq. Çatışmazlıqların aradan qaldırılmasına dair daşıyıcı şirkət “Çinar-Trans” MMC qarşısında tapşırıqlar qoyulub. Təbii qoyulan tapşırıqlar icra olunmasa bu halda marşrut xətti üzrə sərnişindaşımaları başqa daşıyıcıya həvalə ediləcək. Belə bir təcrübə ötən illərdə olub və bu haqda da ətraflı ictimaiyyətə məlumatlar təqdim edilib”.

Mais Ağayev bildirdi ki, ölkə başçısının tapşırığına əsasən avtobus parkının yenilənməsi işləri gedir. Ətraf kənd və qəsəbələr üzrə vətəndaşlarımıza keyfiyyətli sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün 9 metrlik müasir komfortlu avtobuslar gətirilir.

“İstisna deyil ki, daşıyıcı dəyişdirilməklə bu avtobuslar 165 nömrəli xətt üzrə də xidmətə verilsin. Çünki 9 metrlik avtobuslar 165 nömrəli marşrut xəttinə aid hərəkət sxeminə daxil olan küçələrdə manevr etmə imkanına sahibdir. Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımanın təşkilinə yönəldib”.

İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün bir neçə təkliflər irəli sürən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli Metbuat.az-a bildirdi ki, koronavirusun tüğyan etdiyi bir dövrdə insanlar məcburiyyətdən ictimai nəqliyyatdan istifadə edirlər. Pandemiya dövründə metronun bağlı olması nəqliyyatın yükünü bir qədər də artırdı. Bu səbəbdən də biz hazırda Bakı şəhərində ictimai nəqliyyatın acınacaqlı vəziyyətdə olduğunu görürük. Ekspert avtobuslarda sıxlığa səbəb olan faktlara belə aydınlıq gətirdi:

Birinci səbəb odur ki, müxtəlif istiqamətlər üzrə avtobusların çatışmazlığı var. İkinci səbəb də o ola bilər ki, intervallar nəzərə alınmır, dispetçerlər keyfiyyətsiz xidmət göstərməklə nəqliyyatda, daşımalarda sıxlığın yaranmasına səbəb olurlar.

Burada dollayı yolla problemə səbəb olan vəziyyət isə Bakı şəhərində qanunsuz tikinti işlərinin aparılmasındadır. Uzun illər ərzində, nizama uyğun olmayan tikinti işləri Bakının yol infrastrukturunu sıradan çıxarıb. Nəticədə, yolların maşın ötürə bilmə qabiliyyəti də zəifləyib. Düzgün yol ötürücülərinin, körpülərin qurulmaması səbəbindən şəhərin müxtəlif istiqamətində olan yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bəs problemin həlli yolu nədədir? Eldəniz Cəfərlinin bu istiqamətdə maraqlı bir təklifi var.

İctimai nəqliyyat iki gün işləməyəcək - İki sahil

“Yaxşı olardı ki, paytaxtın nəqliyyat infrastrukturunun qurulmasında özəl şirkətləri cəlb etsinlər. Onların balansında olan nəqliyyat vasitələrinin xidmətindən də istifadə etmək olar. Burada şərt o deyil ki, nəqliyyat vasitələrinin böyük və ya kiçik olsun.Bu elə də önəm daşımır. Əsas məsələ yollarda ictimai nəqliyyatın yükünün azaldılması və sıxlığa qarşı tədbir görməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də, bu işdə uğurlu addımlar ata bilər.

Nazirlik özəl daşıma şirkətlərini bu işə cəlb etmək təklifi ilə çıxış edərsə, onların nəqliyyat vasitələrindən də istifadə etmək olar. Digər bir təklif də hər hansı bir özəl şirkətin nəqliyyat vasitələrinin xidmətindən icarəyə müəyyən müddətə qədər icarə üsulu ilə, nəqliyyatda olan sıxlığa çarə etmək mümkündür”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code