CBC radiosu Qarabağda yayıma başladı

0
19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlayıb.

Bu barədə Medonline.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code