Tanınmış jurnalist vəfat etdi

0
27

Tanınmış jurnalist və tərcüməçi, 63 yaşlı Fərhad Abdullayev dünən vəfat edib.

Medonline.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Fərhad Abdullayev “İdman” – “Sport”, “Şahmat” qəzetlərində işləyib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb.

Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. kitabları dilimizə çevirib. 2014-cü ildən etibarən Azərbaycan Tərcümə Mərkəzində işləyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code