Andına sadiq oğul!

0
75

Azərbaycanın savadlı, vətənpərvər və işgüzar insanlarından söz düşəndə Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin fitiziatr-pulmonoloqu, Tibb üzrə Fəlsəfə doktoru, medonline.az saytının Redaksiya Şurasının üzvü Təbib Qaraş oğlu İbrahimovun da adı hörmətlə çəkilir. COVİD 19 Pandemiyası ilə əlaqədar Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserinə, həmçinin, doktor Təbib İbrahimova müraciət edənlərin ardı-arası kəsilmir. İnsanlar kömək diləyir. Təbii ki, doktor  T.İbrahimov həm xəstələri müayinə, həm də müalicə edir. Müraciət edənlərin arasında Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli də var. O, bir neçə xəstənin müalicəsinə kömək məqsədilə Təbib həkimə müraciət edib. Təbib həkim, Azərbaycan Tibb Universitetini bitirib, ehtiyatda olan tibb xidməti baş leytenantıdır. Biz, şairə İmarət Cəmillinin doctor Təbib İbrahimov haqda fikirlərini Sizə təqdim edirik.

                                  Medonline.az saytının Redaksiya Şurası,

                                   Bakı, 07.04.2021.

 

Dəyərli doktorum Təbib İbrahimov, 2020-ci il, yayın son günləri idi. Mən Sizin qəbulunuza növbəti dəfə müayinəyə gəldim. Müayinə bitdikdən sonra dediniz : İmarət xanım, ürəyinizi sıxmayın, İnşAllah Qarabağımız tezliklə işğaldan azad olar, Siz də öz yurdunuza dönərsiniz.Üstündən heç 20 gün keçmədi ki, İkinci Qarabağ müharibəsi başladı. İgid  oğullarımız mənfur düşmənə qan uddurub torpağımızıın böyük bir hissəsini azad etdilər. Və bizim Qarabağa getmək arzumuz gerçəkləşdi. Əminik ki, o torpaqlar əvvəlki kimi güllük- gülüstana çevriləcək, bütün köçkünlər və qaçqınlar öz yurdlarına dönəcəklər. O zaman Vətənini, xalqını sevən hər kəs o yerlərin ziyarətinə gələcək və Azərbaycan torpağının əsl cənnətinin Qarabağ olduğunun şahidi olacaq. O torpağın havasını ciyərinə çəkənlərdən biri də Siz olacaqsız, Təbib həkim. Bir həkim kimi orada yaşayan insanları müayinə edəndə görəcəksiz ki, heç birində ciddi xəstəlik yoxdur. Çünki, Qarabağın havası və suyu dərmandır. Söyləyəcəyim şeir isə Sizin üçün bir ərmağandır:

 

Dünyada min dərd var, min bir də dərman,

Həkimə üz tutur hər ağrıyan can,

Sən xəstə müayinə etdiyin zaman,

Dərdini bir sözdən duyan həkimsən.

 

Adın da Təbibdir, özün də təbib,

Əlinin şəfasın kim görməyib-kim?

Üzülərsən qəlbdən qırılsa bir sim

Sən insanı sevib, sayan həkimsən.

 

Bu Covid-Korona çıxdığı gündən,

Bəzən su içmədən, yemək yemədən,

Çalışmısan gecə- gündüz demədən

Özünə cox cəfa qıyan həkimsən.

 

Yer olmadı, xəstəxana daraldı,

Çoxları əlacsız, çarəsiz qaldı

Gəlib sənin müalicənlə sağaldı

Sən bizlərə dayaq, həyan həkimsən

 

Layiqsən nəğməyə, şeirə, bəstəyə,

Çəməndən dərilən bir gül dəstəyə,

Şəfa bəxş edirsən saysız xəstəyə,

Şəfqətini qəlbə yayan həkimsən,

Sən insanı sevib, sayan həkimsən. 

 

                       İmarət Cəmilli,

                      Bakı, 07.04.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code