Ağdam torpağının yetişdirdiyi dəyərli ziyalılardan Gülşən Cəlal qızı Hüseynova

0
165

Gülşən Cəlal qızı Hüseynova 10 iyun 1976-cı ildə Ağdamda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsində təhsil almış (1994-1998), Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir. 2013-2015 illərdə Regionlararasi Heyətin İdarəolunmasi Akademiyasının Menecment fakültəsinin magistr dərəcəsi üzrə ali təhsil almışdır.
Gülşən Hüseynova 1998-1999 illərdə Ağdam rayonu 11 saylı tam orta məktəbin müəllimi işləmişdir. O, 1999-cu ildən Bakı şəhəri 202 saylı tam orta məktəbin müəllimidir.
Gülşən Hüseynovanın “Zəka və Ülviyyət” beynəlxalq ictimai-elmi jurnalında, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, ”Kurikulum “, “Təhsil “ jurnallarında və ”Bakı təhsili” ,”Təhsil problemləri“ qəzetlərində elmi-metodik məqalələri çap edilmişdir. O, “Azərbaycan dilində bitişik və defislə yazılan mürəkkəb sözlər lüğəti “adlı kitabın tərtibatçısıdır.
Gülşən Hüseynova Təhsil Nazirliyinin 2011-2012-ci tədris ili üçün “100 ən yaxşı müəllim”müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan dili və ədəbiyyat fənləri üzrə respublika olimpiada nəticələrini yoxlayan qrupun üzvülüyünə (2012-2014 illər), “Маster -кlass” Ekspert Təşkilatının şəhadətnaməsinə (2011), “Mir predmetnika” Ekspert Təşkilatının şəhadətnaməsinə (2011), “Öyrədənlərin öyrədəni” təlim kursu üzrə “təlimçi” statusuna (2012), Fənn müəllimləri üçün yeni ümumi orta təhsil proqramı (kurikulumu) üzrə təlim kursunda səmərəli təlimçi fəaliyyətinə görə Şəmkir RTŞ və Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən təşəkkürnaməsinə (2013-2014), İctimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştirakıma görə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin fəxri fərmanına (2011), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nərimanov rayon Komitəsinin fəxri fərmanına (2012), 202 saylı məktəb 12 noyabr 2009-cu ildə “Azərbaycan dünyam mənim” adlı ədəbi bədii gecənin təşkilatçısı kimi tərifnaməsinə (2009), Fənn olimpiadalarında şagirdlərimin göstərdikləri yüksək nəticəyə görə tərifnaməsinə (2011), Yeni təlim metodları və tədrisdəki nailiyyətlərimə görə məktəb tərəfindən tərifnaməsinə (2011), “Xan Qızı Natəvan” mükafatına (2011), “Qızıl Qələm” Media Mükafatına (2011), “Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün öyrədici təlim kursu”nda səmərəli təlimçi fəaliyyətinə görə Kürdəmir RTŞ-nin təşəkkürnaməsinə (2016), İctimai işlərdə fəal iştirakıma görə diplomuna (2008) layiq görülmüşdür.
Gülşən Hüseynova təlim və seminarlarların iştirakçısı olmuşdur. “Edu Soft” Tədris Mərkəzində Microsoft Windovs əməliyyat sistemi, MS Vord, MS Exsel, MS Pover Point proqramları və İnternetdən istifadə üzrə təlim kursunda (“Cavidan” Tədris Mərkəzi, 2011), “Azərbaycanda təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində “İnsan Alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə təlimçilər üçün təlim kursunda (Beynəlxalq Miqrasiya Təşkilatı, 2011), “Mimio İnteraktiv Texnologiyaları ilə tədris”, Bələdiyyə və Təhsil mövzusunda treninqdə (“Smart Texnologiya” Şirkəti, 2011), Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən təşkil edilmiş “Bələdiyyə və Təhsil” treninqdə (Azərbaycan Milli Valideyn-Müəllim Assosasiyası, 2011), “QHT Menecmenti və Liderlik İnkişafı Proqramı”nda (Azərbaycan Milli Valideyn-Müəllim Assosasiyası, 2011), “Öyrədənlərin öyrədəni” təlim kursunda (“Təhsilin inkişafına dəstək”ictimai birliyi, 2012), “Həyati Bacarıqlara Əsaslanan Təhsil” fakultativ kursunun tədrisi üzrə təlim kursunda (2016), “Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün öyrədici təlim kursu”nda (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2016) iştirak etmişdir.
Gülşən Hüseynova bir çox layihələrdə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərinin VI sinifləri üçün yeni təhsil proqramları (kurikulumları) əsasında hazırlanmış dərslik komplektlərinin qiymətləndirilməsi üzrə ekspert qrupunun üzvü (Təhsil Nazirliyi, 2013-2014-cü tədris ili), Azərbaycan dili fənn müəllimlərinin ixtisasartırma təlimi kursunda təlimçi (Təhsil Nazirliyi, 2015), Azərbaycan dili və ədəbiyyat fənni müəllimləri üçün yeni ümumi orta təhsil proqramının (kurikulumu) tədrisi üzrə təlim kursunda təlimçi (Gəncə, Goranboy, Şəmkir və Tovuz) (Təhsil Nazirliyi, 2014), “Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün öyrədici təlim kursu”nda təlimçi (Ağstafa və Kürdəmir) (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2016), “ Yazı işlərinin metodikası” üzrə təlimçi (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2018), “İxtisas artırma Təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” mövzusunda seminarda iştirakçı (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2018), “Azərbaycan Təhsil Şurası” nın üzvü (Təhsil Nazirliyi, 2018), “Ümumi Təsildə qiymətləndirmə” mövzusunda treninq (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2018), İnklüziv Təhsil üzrə təlimçilərin təlimçisi (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2019), “Məktəbdə sağlam sosial emosianal mühitin formalaşdırılması təlimi”- Bullinq (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, 2019), “Virtual güc- Mükəmməl nitq” layihəsində iştirakçı (“FM Group”-Müasir Gənclər Birliyi, 2020), Odlar Yurdu Milli Mükafatçısı (“Tonika Group” təşkilatçılığı ilə, 2020) olmuşdur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code