Hərbi Qənimətlər Parkını ziyarət edənlərin sayı xeyli artıb!

0
59

2020-ci il dekabr ayının 10-da Bakıda Zəfər Hərbi Paradı keçirildi. Türkiyənin Dövlət Başçısı cənab Rəcəb Tayib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən Paradda 2020-ci ilin sentyabr-noyabr aylarında davam edən savaşda düşmən tərəfdən hərbi qənimət kimi ələ keçirilən texnika və döyüş sursatları da nümayiş edildi. Paraddan sonra Ermənistan Silahlı Qüvvələrindən hərbi qənimət kimi götürülən texnika, döyüş sursatı və digər eksponatlara Bakının Xətai rayonu ərazisində xüsusi yer ayrıldı. Dövlət Başçısı İlham Əliyev Respublika Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi.
Son günlər Parkı ziyarət edənlərin sayı xeyli artıb.Onların arasında müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, tələbə-gənclər üstünlük təşkil edirlər.
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, “Xocalı” İdman Klubunun üzvləri və medonline.az saytının əməkdaşları, həmçinin, saytın Redaksiya Şurasının üzvləri də Parkı ziyarət etdilər. Biz, bəzi ziyarətçilərin fikirləri ilə tanış olduq.
Ehtiyatda olan polkovnik Hikmət Ağayev: 44 günlük savaş nəticəsində Azərbaycan dünyaya öz güc-qüdrətini göstərdi.Sevinirəm ki, Zəfər gününü görmək mənə də nəsib oldu. Hərbi Qənimətlər Parkındayam. Sevincimin həddi-hüdudu yoxdur.
İlham Həsənov, Ağdam rayon sakini, Qarabağ qazisi: Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu dərsi verdi.Çox şadam ki, tarixi qələbənin qazanılmasında mənim də payım var.
Aynurə Rüstəmova, Kürdəxanı qəsəbə sakini: Mən Bakıda yerləşən Hərbi Qənimətlər Parkına 15 yaşlı oğlum Maarif Rüstəmovla birgə gəlmişəm.Qürur duyuram ki, Azərbaycanın qüdrətli Ordusu var.Düşmənlərdən götürülən hərbi qənimətlərə baxıram. Onlar bizim yaşayış məntəqələrimizi atəşə tutub, dinc insanları məhv ediblər.Mən erməni terrorçularını lənətləyirəm.
Əli Cəfərov, “Xocalı” İdman Klubunun baş məşqçisi: Mən Xocalı rayonunun Kərkicahan qəsəbəsinin sakiniyəm. Atam 1990-1992-ci illərdə erməni qəsbkarlarına qarşı mübarizə aparıb. Biz, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşın şahidlərindənik. Dövlət Başçısı cənab İlham Əliyevə minnətdaram ki, Ordumuz və xalqla birgə tarixi Zəfərə imza atdı.Hərbi Qənimətlər Parkını gəzdim.Təəssüratlarım çox gözəldir.
Şamilə Şamilqızı, Bakı şəhər sakini: Respublika Hərbi Qənimətlər Parkında yaradılan şəraitlə tanış oldum.Var olsun müstəqil Azərbaycan Respublikası və cənab Prezident İlham Əliyev.

Biz də medonline.az saytı olaraq deyilən xoş sözlərə qoşuluruq: Var olun, cənab Prezident İlham Əliyev. Biz, Sizinlə və qədirbilən xalqımızla qürur duyuruq!

Söhbəti yazdı: Könül Həsənli,
medonline.az.
Bakı, 24.04.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code