Qəhrəman şəhidlərimiz Vaqif Salmanov və Mübariz Əsgərovun xatirə günüdür!

0
41

Düşmən tərəfin daim ehtiyatla yanaşdığı bölgələrdən biri də Laçın rayonudur. 1991-1992-ci illərdə söz-söhbət gəzirdi. Laçın Dağlıq Qarabağın qıfılı, Xocalı həmin qıfılın açarıdır.Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra Şuşa şəhəri və Laçın rayonu da Ermənistan Silahlı Qüvvələri və onun havadarları tərəfindən işğal edildi.
Laçının laçın oğulları bu ədalətsizliklə barışmadılar, onların arasında “N” hərbi hissəsinin sabiq komandiri Arif Paşa, Qərargah rəisi Rafiq Nağıyev, Kəşfiyyat bölüyünün komandiri Vaqif Salmanov və onun bacısı oğlu, “Cin Mübariz” adı ilə tanınan Mübariz Əsgərov, həmçinin, rayonun digər qeyrətli oğulları da vardı. 1993-cü il aprelin 25-də Kəlbəcər istiqamətində erməni terrorçuları ilə qeyri-bərabər döyüşdə Vaqif Salmanov şəhid oldu, Mübariz Əsgərov isə ağır yaralandığından əsir götürüldü. Sonradan V.Salmanovun meyidini geri almaq mümkün oldu, lakin, M.Əsgərovun öldü-qaldısından hələ də xəbər yoxdur.
Biz, bu gün Azərbaycanın bütün şəhid övladlarını, o cümlədən, Laçın rayonunun müdafiəsi zamanı şəhid olan soydaşlarımızın ruhunu hörmətlə yad edirik. Allah Vətən uğrunda gedən savaşda sağlamlığını qismən itirən oğul və qızları qorusun. Amin.
Şamil Sabiroğlu,
medonline.az saytının baş redaktoru, müharibə veteranı.
Bakı, 25.04.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code