Qeyri-Hökumət Təşkilatlarının fəalları, qazilər və idmançılar Hərbi Qənimətlər Parkını ziyarət etdilər

0
188

Erməni daşnaklarının son 200 il ərzində türk-islam dünyasına qarşı törətdiyi vəhşilik haqqında çox danışmaq, çox yazmaq olar. Daşnaklar əsasən yaşayış məntəqələrini işğal edərək, dinc əhaliyə divan tutub. İstər XX əsrin 1905-1907-ci, istər 1918-1920-ci illərdə , istərsə də 1992-1994-cü illərdə törədilən vəhşiliklər nəticəsində azərbaycanlılar yaşayan yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, minlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilib.
2003-cü il oktyabr ayının 31-də Dövlət Başçısı seçilən İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirdi. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun büdcəsi xeyli artırıldı. Hazırda Azərbaycan Ordusunun büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən ən azı 3 dəfə çoxdur.
Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkmədiyini açıq – aydın hiss edən Prezident İ.Əliyev 2020-ci il sentyabr ayının 27-də “Dəmir yumruq” devizi altında hərbi əməliyyat keçirilməsinə razılıq verdi. Türkiyə və Pakistan dövlət başçılarının verdikləri mənəvi dəstək və 44 günlük savaş nəticəsində işğal olunmuş ərazilərin böyük bir hissəsi düşmən tapdağından azad edildi. Xeyli sayda düşmən əsgəri həlak oldu, həmçinin çoxlu sayda hərbi texnika, silah və sursat hərbi qənimət kimi ələ keçirildi.
2020-ci il dekabr ayının 10-da Bakıda Hərbi Zəfər Paradı keçirildi. Paradda düşmən tərəfdən hərbi qənimət kimi ələ keçirilən döyüş texnikaları, silah-sursat da nümayiş edildi. Mühüm dövlət tədbirindən sonra həmin qənimətlər üçün Bakı şəhərinin Xətai rayonu ərazisində sahə ayrıldı. İndi həmin sahə Hərbi Qənimətlər Parkı adlanır.
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına” İnkişaf Fondunun, ”Xocalı” İdman Klubu və medonline.az saytı redaksiyasının birgə təşkilatçılığı ilə Bakıdakı Hərbi Qənimətlər parkına ziyarət təşkil edildi. Tədbir iştirakçıları ayrılmış bələdçilərin müşayiəti ilə ərazidə qorunan hərbi qənimətlərə tamaşa etdilər. Tədbirdə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına” İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, ”Xocalı” İdman Klubunun direktoru, idmanın kikboksinq növü üzrə 5 qat dünya çempionu, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ehram Məcidov, “Xocalı” İdman Klubunun baş məşqçisi Əli Cəfərov, ATU-nun nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı, Respublikanın Əməkdar həkimi, medonline.az saytının Redaksiya Şurasının sədri, dos. Taryel Eyvazov, ehtiyatda olan polkovnik, müharibə veteranı Xətai Baxışov, ehtiyatda olan polkovnik Hikmət Ağayev və başqaları iştirak etdilər.
Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban ƏLiyevaya və Hərbi Qənimətlər Parkının rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Könül Həsənli,
Günel İbrahimli,
Foto Arzuman Ağayevə məxsusdur
23.04.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code