Dalay Lamadan dünyaya müraciət: su çatışmazlığı…

0
11

Tibetin dini lideri Dalay Lama Beynəlxalq Ana-Yer Kürəsi günü münasibəti ilə planetimizin sakinlərinə müraciət edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə məlumat Tibet buddistlərinin liderinin rəsmi internet səhifəsində dərc edilib.

D.Lama qlobal istiləşmə və içməli suyun çatışmazlığı problemi ilə əlaqədar həyəcan təbili çalıb.

Dini lider qeyd edib ki, bu gün ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar qlobal istiləşmə və ozon qatının nazikləşməsi kimi ümumbəşəri problemin həllində aciz qalıb.

“Gücümüzü birləşdirməsək, çətinlikləri həll edə bilməyəcəyik. Yer kürəsi bizə universal məsuliyyət dərsi keçir”, – D.Lama qeyd edib.

Tibetin dini lideri dünyanın bir çox yerində insanların kəskin su çatışmazlığı probleminə, sanitar-gigiyenik şəraitsizliyinə və tibbi xidmətdən yaralanmaq hüququna sahib ola bilməməsinə toxunub.

Qeyd edək ki, BMT 1992-ci ildə qərar qəbul edərək aprelin 22-ni Ana-Yer Kürəsi Günü elan edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code