ŞOK ARAŞDIRMA – Bu duyğunun azalması ölüm riskini artırır

0
12

Qoxu duyğusunun azalması 65 və bundan yuxarı yaşda olanlarda ölüm riskini artırır.

Bununla bağlı ABŞ-ın Kolumbiya Universitetində araşdırma aparılıb.

Bildirilir ki, 65 və bu yaşdan yuxarı 1169 adama təxminən 40 fərqli maddə iylədiblər. Qoxunun nə olduğunu çox variantlı siyahıda işarə etmələrini istəyiblər. Bu təcrübədən sonra alimlər bu adamların sağlamlıq vəziyyəti və həyat tərzilə bağlı məlumatları araşdırıblar.

Müşahidələrə görə, qoxuları ayırd etməkdə çətinlik çəkən 349 adamın ya bir xəstəlikdən, ya da qəza nəticəsində 4 il içində öldüyü təsbit edilib.

Araşdırmaya imza atanlardan biri olan Dr. Davangere Devanan deyib ki, ölüm riski qoxu hissinin azalması ilə bağlı olaraq artıb:

“Araşdırma yalnız yaşlıları əhatə edir. 65-dən aşağı yaşda olanlar üçün iybilmə hissi ilə bağlı başqa təcrübələrin edilməsi lazımdır”.

Araşdırmanı aparan alimlər qoxu hissinin azalıb-azalmadığını bilmədən ağır bir xəstəliyə diaqnoz qoyulmasını düzgün hesab etmirlər.

Qoxu duyğusu azalan yaşlıların xarab olmuş yeməyi yemək, qaz sızması və ya yanğın-qoxu zəhərlənməsi kimi hallarından həyatlarını itirdikləri məlum olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code