İnsanın doğulduğu ayın sağlamlığına təsiri var – Həkimdən AÇIQLAMA

0
11

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov doğulduğumuz ayın səhhətimizə təsiri olduğunu iddia edir.

 
Medonline.az xəbər verir ki, o, 1,5 milyondan çox insanın iştirakı ilə aparılan Amerika alimlərinin məlumatlarına istinad edib.
 
 
Yanvar ayında anadan olanların daha çox hipertoniya və kardiomiopatiyadan əziyyət çəkdiyini söyləyib. Fevral ayında dünyaya gələnlərdə daha çox tənəffüs sistemi ilə bağlı problemlər özünü göstərib. Mart ayında doğulanlarda ürəyin mitral klapan xəstəliyi və aritmiyaya meyilli olduğu müşahidə edilib. Aprel ayında anadan olanlar angina pektorisə meyillidirlər.
 
May ayında anadan olan insanlar əksər hallarda aşağı çəkidən əziyyət çəkir. İyun ayında anadan olanların miokard infarktına, iyulda doğulanların isə hipertoniyaya və sidik yolu xəstəliklərinə meyilli olduqları aşkar edilib. Avqust ayında dünyaya göz açanlarda astma xəstəliyi daha çox qeydə alınıb.
 
Sentyabr ayında anadan olanların zəif nöqtəsi mədə-bağırsaq sistemidir.
 
Tənəffüs yoluxucu infeksiyalar, kəskin respirator virus infeksiyaları əsasən doğum günü oktyabr ayına təsadüf edən insanlarda rast gəlinir. Koroner arteriya xəstəliyi, aritmiya və ağciyər xərçəngi noyabr ayında doğulanlar üçün əsas problemdir. Göyərmə və xəsarətlər dekabr ayında anadan olanlar üçün xarakterikdir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code