Hərbi Qənimətlər Parkında qaydanı pozanlar cərimələnə bilərlər

0
20
“Bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq. Neçə gündür sosial şəbəkələrdə parkda çəkilmiş görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni həqiqi erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim”.  
 
Medonline.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.  
 
 O, bu parkda muzey qaydalarının tətbiq olunmasını təklif edib. 
 
 Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında səslənən fikirlərə münasibət bildirdi:
 
“Belə hallar insan psixologiyası ilə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, bizdə bu cür yerlərə girişdə vətəndaşlara davranış qaydaları izah edilməli, müxtəlif yerlərə xatırladıcı, xəbərdaredici lövhələr vurulmalıdır. Qaydaları pozanlar isə cərimələnə bilərlər. Çünki onlar mövcud nizam-intizam qaydalarına zidd hərəkət etmiş olacaqlar”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code