Cənnətdəki doğum günün mübarək olsun, Şəhidim!

0
55

 

1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Silahlı Qüvvələr yenidən quruldu.1993-cü il iyun ayının 15-də yenidən Azərbaycan rəhbərliyinə qayıtmış Ulu Öndər Heydər Əliyev ordu qurucuğu xüsusi diqqət ayırdı. Heydər Əliyevin siyasi varisi, 2003-cü ildə Dövlət Başçısı seçilən İlham Əliyev isə Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun qaldırılması üçün zəruri tədbirlər həyata keçirdi.

2020-ci ilin yayında düşmənin Tovuz bölgəsində aparmaq istədiyi əks-hücum əməliyyatının qarşısı alındı. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi yüksək rütbəli zabitlərin şəhid olması düşmənə qarşı nifrət hissini 2 qat artırdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev danışıqların heç bir səmərə vermədiyini bildiyindən 2020-ci il sentyabr ayının 27-də Dəmir yumruq adı altında hərbi əməliyyat aparılmasına razılıq verdi. 44 günlük savaş zamanı Azərbaycan Ordusu işğal edilən ərazilərin böyük əksəriyyətini düşmən tapdağından azad etdi. Tarixi qələbənin qazanılmasında Dövlət-Ordu və xalqın birliyi mühüm rol oynadı. Bu zəfərin qazanılmasında xüsusi xidməti olan oğullardan biri də Bakı şəhər sakini Tacir Elşən oğlu Həsənovdur. Tacir Bakıda doğulub, öncə Sabunçu qəsəbəsində, daha sonra isə Pirşağı qəsəbəsindəki 10 nömrəli İnternat məktəbdə təhsil alıb. 2020-ci ilin aprel ayında Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlayıb. Qısamüddətli təlim-məşq toplanışlarından sonra xüsusi tapşırıqla Murovdağ istiqamətinə göndərilib. Sentyabr ayının 27-də II Vətən savaşı başlananda sıravi Tacir Həsənov xüsusi rəşadət göstərdi. Savaş başlanandan az sonra ailə üzvləri ilə telefon əlaqəsi saxlayan Tacir atasına deyib ki, şəhid olsam, ağlamayın. Çünki, şəhid olmaq mənim çoxdankı arzumdur. T.Həsənov oktyabrın 15-də şəhid oldu. Onu Pirşağı qəsəbəsindəki qəbristanlıqda dəfn etdilər.

Sağ olsaydı, 2021-ci il aprelin 21-i 20 yaşı tamam olacaqdı Tacirin. Övlad itgisi ağır olsa da, valideynləri Tacirin şəhid olması ilə qürur duyurlar.

Biz, medonline.az saytı olaraq Tacirin doğum günü ilə əlaqədar Pirşağı qəbristanlığındakı məzarını ziyarət etdik. Şəhidlərin ruhlarının şad olması üçün dualar oxundu.

Elşən və Svetlana Həsənovların 3 oğul övladı vardı. Nicat, Talıb və Tacir. Valideynlər hər 3 oğlu halal zəhmət hesabına böyütmüşdülər. Nicat, Talıb və Tacir indiyədək 1 evin övladıydı.Tacir şəhid olduqdan sonra bu ev yüz minlərin ziyarətgahına çevrildi. İndi Tacir türk-müsəlman dünyasının şəhidi kimi sevilir.

Cənnətdəki doğum günün mübarək olsun, Şəhidim!

   

Şamil Sabiroğlu,

Fotolar Arzuman Ağayevə məxsusdur

Medonline.az

22.04.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code