Bu şəxslər COVID-19 virusuna yoluxmayacaq – AÇIQLAMA

0
23

“Virusun immun sistemindən yayılması anlayışı düzgün deyil. Yəni, immun sisteminin gec tanıması var. Birmənalı sübut olunub ki, interferon kifayət qədər yüksək olan xəstələrdə virus orqanizmə düşdükdə o, foqositoz bazasında məhv olur. Demək olar ki, orqanizm bu virusu keçirmir”.

Medonline.az xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, COVID-19-un bir neçə dəfə dalğası ola belə elə insanlar olacaq ki, onlarda həmin xəstəlik təzahür etməyəcək:

“Amma bütövlükdə mutasiya etdikcə virus yeni bir xarakteristika ilə orqanizmə daxil olur və immun sistemi dərhal ona qarşı müqavimət göstərə bilmir. Bu müqavimət üçün gərək əks cisimlər yaransın, immun sisteminin mexanizmləri işə düşsün. Bu, bir-iki günə işə düşən mexanizmlər deyil”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code