Tofiq Hüseynov Milli Azadlıq hərəkatının fəallarından idi…

0
127

Xocalı soyqırımı zamanı şəhid olmuş Tofiq Hüseynovu tanımayan kimsə varmı? İnanmıram. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Tofiq Mirsiyab oğlu Hüseynov 1991-ci ilin oktyabr ayında yaradılan Xocalı Ərazi Özünümüdafiə Taborunun qurucularından idi. “Mixaylo” ləqəbi ilə tanınan T.Hüseynov erməni terrorçularına qarşı aparılan bir çox döyüş əməliyyatlarında fəallıq göstərmişdi. Fəallığına görə mayor rütbəsinə layiq görülmüşdü.
Xocalı soyqırımı zamanı təkcə Tofiq Hüseynov deyil, ömür-gün yoldaşı, ata-anası, qardaş və bacısı da şəhid oldu.
Aprelin 19-u Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun doğum günüdür. Ruhunu ehtiramla anırıq.


Hörmətlə,
Şamil Sabiroğlu,
medonline.az saytının baş redaktoru, müharibə veteranı.
Bakı, 19.04.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code