Rusiya FTX Lukaşenkonu öldürmək istəyən şəxsləri BELƏ SAXLADI

0
31

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belarusda hərbi çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlayan iki nəfəri saxlayıb.

Medonline.az xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, FTX Belarus Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat nəticəsində ABŞ və Belarus vətəndaşlığı olan Yuri Zyankoviç və Belarus vətəndaşı Aleksandr Fedutanı saxlayıb. Bu şəxslər Belarusda çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Plana əsasən, Belarusda hərbi çevriliş mayın 9-da, Qələbə paradı zamanı baş tutmalı və hakimiyyət milli barışıq komitəsinin əlinə keçməli idi.

FTX adı çəkilən şəxsləri Moskva restoranlarından birində keçirdikləri görüşdən sonra saxlayaraq Belarus xüsusi xidmət orqanlarına təhvil verib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code