Rusiyadan MDB ölkələrinə çağırış: Vətəndaşlarınızı çıxarın

0
14

Rusiya Daxili İşlər Nazirliyi MDB dövlətlərinə ölkədə qanunsuz yaşayan vətəndaşların iyunun 15-dək Rusiyanı tərk etməsi barədə müraciət edib.

Axar.az xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy MDB Parlamentlərarası Assambleyasının iclasında deyib.

Nazir müavini bildirib ki, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 min, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qanunsuz yaşayır.

“Bizim ölkədə qanunsuz şəkildə yaşayan çoxlu vətəndaşlarınız var. Əgər prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, iyunun 15-dək bu rəqəmdən qurtulmasaq, onda bu insanlar qovulma və sərhədlərin bağlanması ilə cəzalandırılacaqlar. Mən istəyərdim ki, siz öz ölkənizdə KİV-lər, blogerlər vasitəsilə təbliğat işləri aparasınız”, – Qorovoy bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code