Doktor Şəmistan Hacıyev: “Mən yenə də həkim olaraq Qarabağda fəaliyyət göstərməyə hazıram!”

0
91

Azərbaycan Respublikası medonline.az saytı redaksiyasının elan etdiyi “İlin yaxşı həkimi!” müsabiqəsinin qaliblərindən

Müsahibimiz Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, medonline.az saytının Redaksiya Şurasının üzvü, müharibə veteranı Şəmistan Şəmil oğlu Hacıyevdir.

  • Şəmistan müəllim xoş gördük Sizi. Öncə ömür yolunuz haqqında məlumat verərdiniz mümkündürsə.

-Mən, 1954 – cü il yanvarın 1 – də Gürcüstanın Dmanisi bölgəsində doğulmuşam. 1979 – cu ildə Azərbaycan Tibb Universtetininin Mualicə profitaktika fakültəsini bitirmişəm. 1982-1983 cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində travmatologiya- ortopediya sahəsində ordinator kimi fəaliyyət göstərmişəm. Sonralar bu sahə üzrə öz fəaliyyətimi davam etdirdim. 1992 – ci ildə Azərbaycana qayıdaraq, Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutunda işə başladım. Xocalı soyqırımından az öncə ezamiyyətlə buraya gəldim, həkim kimi öz vəzifəmi yerinə yetirdim. Səmimi deyim ki, Xocalıda fəaliyyət göstərdiyim 2 ay, bəlkə də 20 ilə bərabər idi. Xocalı işğal olunmamışdan az öncə, çox böyük çətinliklə vertolyot vasitəsilə oradan çıxarılmışam. Ailəliyəm, …övladım var.

  • Şəmistan həkim, Sizə şəhid ailələri və qazilər müraciət edir. Onlara necə yardım edirsiniz?

Şəhid və qazi ailələri mənə çox doğma insanlardır. Elələri müraciət edən zaman təmənnasız tibbi yardım edirəm. Həmişə yardım etmişəm, bundan sonra da yardım edəcəm. Təbii ki, mən yalnız öz sahəmdə yardımlar edə bilirəm.

  • Siz bir neçə ölkədə həkim kimi qısamüddətli ezamiyyətlərdə olmusunuz.


-Bəli, mən yalnız doğma Vətənimizdə deyil , həm də qardaş ölkələrdə yardımlar göstərmişəm. 1999 – cu ildə Türkiyədə , 2005 -ci ildə isə Pakistan İslam Respublikasında zəlzələ vaxtı fəal iştirak etmişəm.

  • 2020-ci ilin yekunlarına əsasən və medonline.az saytının Redaksiya Şurasının qərarı ilə Siz, “İlin yaxşı həkimi” adına layiq görülmüsünüz . Sizi Redaksiya Şurasının üzvləri və əməkdaşlarımız adından təbrik edirik.

– Təşəkkür edirəm təbrikə görə. medonline.az saytının bu qərarı məni çox sevindirdi. Başda Şamil müəllim olmaqla , Redaksiya Şurasının bütün üzvlərinə öz təşəkkürümü bildirirəm.

Redaksiyadan:
Biz, çox iş görüb az danışan Şəmistan Hacıyev haqqında bir neçə ziyalının fikrini öyrəndik:
-Xocalı sakini, “Azərbaycan bayrağı” ordenli, Respublikanın Əməkdar həkimi, ehtiyatda olan t/x kapitanı Məmməd Nağıyev:
-Mən Şəmistan həkimi 1992- ci il 17 yanvar tarixindən tanıyıram . Xocalıya yardım üçün həkimlər çağırılmışdı . Bu həkimlər içərisindən yalnız Şəmistan həkim gəlmişdi. Ağır yaralılar çoxuydu həmin vaxtı. Şəmistan həkim onlarla ağır yaralının həyatını xilas etmişdi. Şəmistan həkim Xocalıya könüllü olaraq gəlməklə öz cəsurluğunu, vətənsevərliyini sübut etmişdir.

medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu da Şəmistan həkim haqqında aşağıdakı fikirləri bildirdi:
-Şəmistan doktoru 30 ildir ki tanıyıram. Onun I Qarabağ müharibəsindəki fəaliyyətinə bələdəm. Vətənin ən çətin günlərində insanlara dəstək olub. Sədaqətli insandır, çox zəhmətkeşdir. Xocalı soyqırımından sonra Bakıya gələrək öz fəaliyyətini davam etdirmişdir. Hər zaman şəhid, qazi ailələrinə kömək etmişdir.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code