Tromb yaranması riskini necə azaltmaq olar?

0
14

Tromblar trombositlərin sürətlənmiş şəkildə sıradan çıxmış damarları bərpa etməsi nəticəsində yaranır.

Qanitirmənin qarşısını almaq üçün onu bağlamağa çalışarkən onlar digər tromobositləri cəlb etməyə başlayırlar ki, nəticədə həmin yerdə qan laxtası (tromb) yaranır.

Həmçinin buna qan dövriyyəsinin pozulması, travma, fiziki fəaliyyətsiz həyat tərzi, ürək xəstəlikləri, artıq çəki, siqaret çəkmək səbəb ola bilər.

Trombların yaranmasının qarşısını almaq üçün mütəxəssislər 3 asan metod tövsiyyə edir:

1. Mütəmadi fiziki fəallıq

Koronavirus epidemiyası səbəbindən insanların bir çoxu evdən işləməyə, evdən çıxmamağa və daha az gəzməyə məcbur olub. Lakin yetərsiz fiziki fəallıq tormb yaranmasına səbəb olur.

Mütəxəssislər gimnastika və isinmə hərəkətləri etməyi məsləhət görür. İmkanınız varsa qaçış aparatı da ala bilərsiniz.

Mütəmadi idmanla məşğul olma sağlamlığa müsbət təsir göstərir.

2. Siqaret çəkməkdən imtina

Siqaret damarlara çox mənfi təsir edir. Nəticədə, trombositlər onları bərpa etmək üçün fəal çəkildə bir-birinə yapışmağa və tromb yaratmağa başlayır.

Bundan əlavə qanın laxtalanma səviyyəsi də artır.

3. Arıqlamaq

Mütəxəssislərin fikrincə bədəndə aşırı dərəcədə piyin olması damarlarda qan dövriyyəsinə mənfi təsir edir, qanın keyfiyyətinə ziyan vurur və iltihablaşdırıcı proseslərə yol açır. Buna görə də, insan çəkisinə diqqət yetirməli və kökəlməyə yol verməməlidir.

Bu məsləhətlərə xüsusən trombiza meyilli və qanın laxtalanmasından əziyyət çəkən insanlar qulaq asmalıdır. (gent.az)

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code