Redaksiyaya məktub gəlib!

0
69

 

Salam, hörmətli redaksiya, mən, Abbasov Rəhman Yadigar oğlu 31.03.2014-cü il tarixində Xıdırov Bəxtiyar Yelmar oğluna Zamin bankın Yasamal filialında zaminlik etmişəm. Xıdırov Bəxtiyar ödənişlərini mütəmadi etmədiyi üçün bu məsələ problemli kreditə çevrilib. Azərbaycan Respublikası prezidentinin 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən bu məsələni əsaslandırdıq: Prezidentimiz bu kreditlərin restrukturizasiya edilməsini əmr etmişdir. Xıdırov Bəxtiyarın adı da bu Fərmanla siyahıya düşüb. Lakin bu kreditin 5 ilə bölünməsi və faizin silinməsiylə bağlı Zamin banka müraciət etsə də, müraciətə müsbət cavab verilmir.  Bununla bağlı, mənim –  Abbasov Rəhmanın adında qeydiyyatda olan nəqliyyat vasitəsinə  Qaradağ Rayon Məhkəməsinim İcra Şöbəsi tərəfindən  həbs qoyulub.  Fərmana əsasən zaminlikdən çıxmaq hüququm var, lakin Zamin bank haqlı müraciətimizi icra etmir. Hazırda özüm işsizəm və adımda olan nəqliyyat vasitəsinin satışını həyata keçirə bilmirəm. Hörmətli baş redaktor Şamil Sabiroğlu müəllim, Sizdən xahiş edirik ki, cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının yerinə yetirilməsini rədd edən Zamin bankla bağlı bizə kömək əlinizi  uzadasınız.

Təşəkkür edirik.

  Hörmətlə,  Rəhman Abbasov
     Bakı şəhəri, 14.04.2021

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code