Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir – FOTO

0
11

on illər istehlakı artan yaşıl qəhvənin sağlamlığa çox faydası var.

Medonline.az xarici Türkiyə mətbuatına istinadla xəbər verir ki, normal qəhvə kimi qovrulmaq əməliyyatından keçmədiyi üçün faydalı təsirlərini itirməyən yaşıl qəhvə içindəki kafein və klorojenik turşuları sayəsində yağların əriməsini sürətləndirir, arıqlamağa da yardım edir.

Yaşıl qəhvə tərkibində olduqca çox antioksidan olması ilə bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Ürək və damar sağlamlığına müsbət təsir etdiyi üçün insanı gümrah saxlayır.

Mütəxəssislər bildirir ki, yaşıl qəhvə doğru istifadə edildiyi zaman şəkər xəstəliyi riskini də azaltdır.

Amma yaşıl qəhvə də digər qəhvə növləri kimi həddindən artıq qəbul edilərsə, yuxusuzluq, mədə bulanması, baş ağrısı və ürək ritminin artmasına səbəb ola bilir. Ona görə mütəxəssislər məsləhət görür ki, qəhvə gün boyu 2 fincandan artıq içilməsin.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code