Rusiya Qarabağa ermənilər üçün yardım daşıyır

0
15

Rusiya sülhməramlıları keçmiş Əsgəran rayonuna humanitar yardım çatdırıblar.

Medonline.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Adyal, çarpayı, yataq dəsti, qaz plitəsi və digər məişət əşyalarından ibarət olan humanitar yardım hazırda Xocalı rayonunun inzibati ərazisinə daxil olan Pircamal kəndində məskunlaşdırılan 15 çoxuşaqlı ailəyə və bura yerləşdirilən “erməni qaçqınlara” verilib.

Həmçinin, onlara tibbi xidmət də göstərildiyi vurğulanıb.

Ötən həftə isə Rusiya sülhməramlıları yalnız Xankəndidə bir ton humanitar yardım paylayıb.

Xatırladaq ki, Pircamal 1992-ci ildə işğal olunub. Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code