Qarazirə (Çörəkotu) və onun faydaları

0
25

Qarazirə və ya Çörəkotu haqqında

Latın dilində – Nigella sativa.
Türk dilində – Çörekotu.
İngilis dilində – Black seed.
Rus dilində – Çernuşka pasevnaya.

Qarazirə haqqında məşhur hədis Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) tərəfindən gəlmişdir. Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlində bir neçə toxum tutaraq demişdir ki, “Bu qara dənələr ölümdən başqa hər dərdə dərmandırlar.” Həmin qara dənələr qarazirə idi.

Qarazirənin yayılması

Avropada daha çox cənub tərəflərində, şimali Afrikada, Asiyada təbii olaraq təbiətdə bitən bir bitkidir. Azərbaycanda demək olar hər bölgəmizdə yabanı olaraq bitməkdədir. Son dövrlər qarazirəyə olan tələbat artdığından Respublikamızın bir çox bölgələrində becərilməkdədir.

Qarazirənin kimyəvi tərkibi

Çörəkotu toxumlarında 100-dən çox kimyəvi maddələr və birləşmələr aşkarlanmışdır. Elm inkişaf etdikcə bu maddələrin sayıda artmaqdadır. Toxumların tərkibində yağlar, efirli yağlar bunlara fitosterollar, qlikolipidlər, və fosfolipidlər aiddir. Toxumun tərkibində sabit yağlar 35-41 faiz, efirli yağlar 1,5 faiz, amin turşular ( lizin, izoleysin, leysin, valin, alanin, fenilalanin, sistin, qlütamin turşusu, aspargin turşusu, prolin, serin, tereonin, triptofan və tirozin.) bunlardan başqa karbohidratlar, alkoloitlər, orqanik turşular tanin qatran acı maddələr saponinlər melantin melantigenin. Toxumlar liflərlə zəngindirlər. Minerallardan (Fe, Na, Cu, Zn, P və Ca) vardır.  Vitaminlərdən. C vitamini, tiamin, niasin, piridoksin və fol turşuları vardır) toxumlardan alınmış yağların tərkibində sərbəst sterollar, steril esterlər, steril qlükozitlər və turşulaşmış steril qlükozitlər vardır. Toxumlarında yeni bir alkoloit nigellizin aşkarlanmışdır ki bu alkoloit yalnız qarazirənin tərkibinə xasdır. Bunda başqa nigellimin nigellidin alkoloidləridə aşkar edilmişdir. Efirli yağlarında isə doymamış yağlardan karvon, alfa – pinen, və p-simen vardır. Farmakoloji olaraq antioksidant maddə olaraq timokinon, dimetilkinin, timohidrokinon və timol efirli yağlardakı aktiv birləşmələrdir.  

Xalq təbabətində Qarazirə

Yüzlərlə elmi işlər, minlərlə monoqrafiyalar yazılmış bu sirli bitki gündən günə papulyarlaşır və keçən hər günlərdə bitkinin müalicəvi xüsusiyyətləri dahada artır və genişlənir. Çünki hər keçən illərdə bu bitkidə bir xüsusiyyət vəya bir birləşmə aşkar edilir.  Bitkinin kimyəvi tərkibinə baxanda bitki haqqında rəy söyləmək olar. Bu qədər zəngin maddələri özündə daşıyan ikinci bir belə bitki tanımadım. Qarazirənin təsir mexanizmini belə anlatsaq daha yaxşı olar. Sanki uçulmuş bir binanın daşlarını bənna bir bir üst üstə qoyaraq evi yenidən düzəldir. Qarazirədə bədənimizə elə bir təsir göstərir.

Qarazirə hansı xəstəliklərə çarədir?

Zəifləmiş immun sistemdən tutmuş, əsəb, yuxu pozulması, adət pozulması, mikrob xəstəlikləri, şəkər, qan dövranı pozulması, sistem xəstəlikləri, xolesterin və sələflərinin çoxalması, revmatizma xəstəlikləri, infeksion xəstəliklər, yüksək təzyiq, kalsum, maqnezium, kalium, mis çatışmazlığı, bəd xassəli şişlərin profilaktikası üçün, ana südü azlığı, bronxit, allergiyalar, xroniki qastrit, xroniki kolitlər, prostatit, klimaks çətinlikləri vaxtı istifadə, dəri yaraları, dəri səpmələri, dəri sönüklüyü, köp, öskürək, baş ağrıları üçün çox faydalıdır.

Qarzirə omeqa 3 və omeqa 6 yağ turşularının məskənidir. Qarazirə insulin dirəncini aradan qaldırır, qarazirə xolesterin, LDL, və Triqliseridləri aşağı salmaqla və eyni zamanda periferik damarlarda kapilyarlara genişləndirici təsir göstərməklə bunlarla yanaşı tərkibində kalium və maqnezium kimi minerallar daşımaqla əsl ürək dostu olan bir bitkidir. əgər uzun zamandır ekzema, qaşınan dermatitlər, psoriaz, yez tez çıxan dəri yaraları, trofiki yaralar, dəri quluğu kimi xəstəliklərdən əziyyət çəkirsinizsə gündə  3 dəfə 1 orta xörək qaşığı təzə  üyüdülmüş qarazirəni ağıza  atıb üstdən 500 qram çiy su için. Suyun miqdarını azaltmaq haqqında düşünməyin çünki bu xəstəliklərdə elə suyunda müalicəvi əgəmiyyəti vardır. Bunu ən azı 1 ay edin nəticəni görəcəksiniz. Qarazirə qaraciyərin bütün yüksəlmiş olan fermentlərinin yüksəlmiş miqdarını aşağı salır. Qarazirənin tərkibindəki antioksidantlar timokinon, dimetilkinin,  nigellizin alkoloidi yalnız qarazirə toxumunun tərkibində olmaqla sərbəst radikallarla vuruşur immun sistemi daima yeniləyir. Qarazirə asetilxolin istehsalını artırmaqla beynimizi als haymer, skleroz, parkinson, yaddaşsızlıq, səbəbsiz baş ağrıları kimi problemləri aradan qaldırmaqla beynimizi açır və yeniləyir. Astma bronxit və allergik xəstələrdə mükəmməl bir təsir göstərir. Allergik rinitlərdə və qulaq iltihabında yağı qulağa və burun dəliklərinə tökülür. İnsan bədənində parazit edən bütün növ qurdlara təsir göstərir.

Qurdlara qarşı qarazirə

Maraqlıdır ki, qarazirənin qurdlara qarşı 2 növ təsiri vardır. Birinci növ acı olduğundan qurdqovucudur, ikincisi immun sistemi gücləndirməklə bədənin qurdlara qarşı səfərbəy olunmasını sürətləndirir. Tərkibindəki A, B qrup vitaminləri, C vitamin və sink mineralı həm prostatın müalicəsində həmdə damar keçiriciliyini artırmaqla qan dövranını normallaşdırır. əzələ ağrıları zamanı yağı ilə əzələri masaj edəndə ağrılar azalaır. Tumlarının bal ilə qarışımı cinsi istəyi artırır, spremanın sayını və keyfiyyətini artırır, dəridə yeni əmələ gəlmiş balaca balaca xalların (bunlar tibdə HPV  humulus papilloma  viruslarıdır) yox edilməsi üçün qarazirə yağı çəkilməlidir, qarazirə məcunu   prostat hiperplaziyasında çox faydalıdır. Simpatik və parasimpatik sinir sistemlərinin pozğunluqlarında qarazirə yağının içilməsi faydalıdır. Gündəlik qarazirənin qəbulu saçları qalınlaşdırır, saç ağarmasının qarşısını alır, saç tökülməsini aradan qaldırır. Qarazirə yağının saç diblərinə çəkilməsidə saç soğanağının dərinləşməsinə yaxşı qidalanmasına, saç dibindəki kəpəyon aradan qalxmasına və saçların qalınlaşmasına səbəb olur. Qarazirənin özündən və yağından mütəmadi istifadə varikoz damarların damardaxili tutulmalarını və ürəyi qidalandıran damarların tutulmasının qarşısını alır. Ümumiyyətlə qarazirə ürək qan damar sistemi xəstəlikləri üçün çox faydalıdır. Yağının müntəzəm qəbulu əsəbləri sakitləşdir, səbirsizliyi aradan qaldırır, baş ağrılarını azaldır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code