Məşhur aktrisa: “Kişinin xəyanəti mənim üçün problem deyil” – FOTO

0
8

Türkiyənin tanınmış aktrisası Esra Dermancıoğlu gözlənilməz etirafları ilə müzakirə mövzusu olub. Belə ki, o, xəyanəti özünə problem saymadığını deyib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Aktrisanın sözlərinə görə, əri ona xəyanət etdiyi üçün ondan boşanıb.

“Səyahətə hazırlaşırdıq. Həmin gün dostlarımız getdi. Kresloda oturmuşduq, əlində viski var idi. Qəfil ona müraciətlə dedim: “Nəsə baş verir? Sən mənə xəyanət edirsən”. O, təsdiqlədi. Sonra danışdıq, uzun müddət söhbətləşdik. Sonra da boşandıq. İndi aramız yaxşıdır. Qızımın atası çox yaxşı adamdır. Amma bezibmiş…”

Hazırda özünən 15 yaş kiçik aktyor Murat Balçı ilə eşq macəraları yaşadığı bildirilən Dermancıoğlu bir kişinin onu aldaltmasını özü üçün problem etmədiyini vurğulayıb.

“Bir kişini, yaxud bir qadının xəyanətini heç vaxt ədalət məsələsinə çevirmirəm – Bu başqa bir şeydir. İstəmir sadəcə”, – deyə o, bildirib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code