Yaz aylarında depressiya halları niyə artır? – Bundan xilas olmağın yolları…

0
22
Side view young woman looking away at window sitting on couch at home. Frustrated confused female feels unhappy problem in personal life quarrel break up with boyfriend or unexpected pregnancy concept
Həyatımızda baş verən hadisələrə hər bir insan fərqli yanaşır, fərqli qəbul edir və fərqli reaksiyalar göstərir. Hava dəyişkənliyinin insan həyatına təsiri onların də insanların temperamentindən, xarakterindən asılıdır. Melanxolik insanlar hava dəyişkənliyindən daha çox əziyyət çəkirlər.
 
Yaz aylarında rast gəlinən fizioloji problemlərdən biri də insan bədənində vitamin çatışmazlığının yaranmasıdır.
 
Medonline.az xəbər verir ki, payızdakı dəyişikliklərin səbəbi gün şüasının az qəbul olunması nəticəsidir ki, gün şüası qəbul edəndə insanlarda müsbət hormonlar daha çox ifraz olunur. Nəticədə insanlar az depressiyaya düşürlər, amma gün şüası az qəbul edəndə daha tez depressiyaya düşə bilirlər.
 
 
Qışdan çıxdıqda isə İnsanlar daha yorğun olurlar, əsəbi olurlar, hər şeyə daha çox qıcıqlanırlar, yuxu pozuntusu yaşayırlar. İştahalarında dəyişiklik olur. Bu, insanların hətta intim həyatlarına da təsir edir. Buna mövsümi depressiya deyilir. Bu əsasən yaz və payız aylarında daha çox rast gəlinir.
 
Məsləhətimiz odur ki, insanlar daha çox fiziki işlə məşğul olsunlar. Hər hansı sevdiyi idmanla – qaçış, üzgüçülüklə məşğul olsunlar. Yaxud zövq ala biləcək bir məşğuliyyət tapsınlar. Düzgün qidalanma rejimi, düzgün yuxu saatı, insandan insana fərq olaraq 7-8 saat olaraq dəyişir. Bu kimi şeylərə nəzarət edilməlidir. Əgər insan özü öhdəsindən gələ bilmirsə və getdikcə, bu problem dərinləşirsə, mütləq bir mütəxəssisə müraciət olunmalıdır.
 
 
Bu simptomlara diqqət edin:
 
 
•Səhər yuxudan oyanmağa çətinlik çəkmək
 
•Yataqdan qalxmaq istəməmək
 
•Pessimizm
 
•Cinsi enerjinin azalması
 
•Tez əsəbləşmək
 
 
 
Bundan xilas olmaq üçün nə edilməlidir?
 
 
•Özünü yaxşı hiss elədəcək fəaliyyətlərlə məşğul olmaq.
 
•Bunun utanılacaq durum olmadığı və zəiflik olmadığı mənimsənməlidir.
 
•Bu vəziyyətdən xilas olmağa qərar verilməlidir.
 
•Tənhalıqdan uzaq durmağa diqqət edilməli, sizə yaxşı təsir edən insanlarla dialoq qurmalısınız.
 
•Maraq dairənizin miqyasını böyütməlisiniz.
 
•Düşüncə tərzi dəyişdirilməli, mənfi fikirlərdən qaçmalıyıq.
 
•Hiss və duyğularınızı yaxınlarınızla paylaşmalısınız.
 
 
Könül Həsənli
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code