Azərbaycanda 3-cü dalğa təhlükəsi – minimum 6 milyon insan…

0
35

“Azərbaycanda koronavirusa yoluxanların sayının qarşısının alındığını deyə bilmərəm. Ancaq epidemioloji vəziyyət nəzarət altına alınıb. Çünki üçüncü dalğa bir həftədir başlasa da, hələ çox ciddi rəqəmlərə çatmayıb. Bu məsələdə vaksinasiya prosesinin və bundan əvvəlki dalğada xəstələnən insanların da rolu var”.

Bu sözləri BAKU.WS-ə tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl bildirib.

O əlavə edib ki, Azərbaycanda məhdudiyyətlərin yaxın həftələr ərzində yumşaldılacağına dair bir söz söyləmək çətindir: “Çünki biz hələ üçüncü dalğanın zirvəsini görməmişik. Üçüncü dalğanın zirvəsini görüb yoluxmada azalma başladıqdan sonra arxayınlaşa bilərik.

Gözlənilir ki, yay aylarına qədər vaksinasiya prosesi yekunlaşdırılsın. Əhalinin minimum 60 faizi peyvənd olunsun. Ölkədə epidemiyanın qarşısını ala biləcək kütləvi immunitetin yaranması üçün 6 milyon əhalinin xəstələnib sağalması və ya peyvənd olunması lazımdır.

Yay fəslində çöldə maskasız gəzilməsi mövzusunda bir şey söyləmək çətindir. Zənnimcə, epidemiyanın bu sürətlə getməsi və tendensiyada olması yay aylarında maskadan qurtulacağımızı ortaya qoymur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code