Türkiyədə yoluxma rekord həddə çatdı

0
9

Türkiyədə son sutka ərzində 211 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medonline.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 49 min 584 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 579 min 185, pandemiya qurbanlarının sayı isə 32 min 667 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 159 min 475 pasiyent (son sutkada 24 498 nəfər) sağalaraq evə buraxılıb.

Könül Həsənli 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code