Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.
Medonline.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.