“İrşad” tibb işçilərini diqqətdən kənarda qoymadı!

0
9

“İrşad” mağazalar şəbəkəsi sağlamlığımızı əmanət etdiyimiz tibb işçilərinin son bir ildə göstərdiyi fədakarlığı diqqətdən kənarda qoymadı. 

7 aprel Ümumdünya sağlamlıq günündə canımızı əmanət etdiyimiz səhiyyə işçiləri üçün üç günlük kampaniyaya start verdi. Kampaniya çərçivəsində səhiyyə işçiləri bütün mağazalarda arzuladıqları əşyaları uyğun şərtlərlə əldə edə bilərlər. 

Sağlamlıq üçün həkimlər, həkimlər üçün sağlamlıq isə “İrşad”da uyğun şərtlərlə təklif edilir. Belə ki, gündəlik müayinə saatları və pasientlərin rahat qeydiyyatını aparmaq və planlamaq üçün ən son model planşetləri, gərgin iş günü ərzində həm zamanı idarə etmək və həm də sağlamlıqlarının qeydinə qalmaq üçün, nəbz ölçmə, addım sayma və yuxu analizi kimi funksiyalara sahib ağıllı saatları, xəstəxana ortamında sehirli ağ xalatlarını gündəlik virus və bakteriyalardan dərhal təmizləmək üçün müayinə otağının və evin ayrılmaz parçası olacaq antibakterial dolabı ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 ayadək hissəli ödənişlə əldə edə bilərlər.

Həmçinin smartfon və notbukları ilkin ödənişsiz, faizsiz, komissiyasız 12 aya, məişət və TV -lər isə 18 aya ödəmə imkanı ilə təklif edilir. Kampaniya 9 aprelədək “İrşad”ın ölkə üzrə fəaliyyət göstərən 37 mağazasında keçərlidir.

Mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad”da mütəmadi olaraq müştərilərin istəyinə uyğun endirim günləri, kampaniyalar keçirilir. www.irshad.az saytını və sosial şəbəkələri izləməklə müştərilər bütün yeniliklərdən xəbərdar olacaqdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code