Azərbaycan və Türkiyə ordularının birgə təlimləri… – Hərbi ekspertin şərhi

0
26
Azərbaycan və Türkiyə ordularının birgə təlimləri Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
 
Medonline xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert deyir ki, rabitə olmadan nəinki müharibədə uğur əldə etmək, hətta döyüşü idarə etmək mümkün deyil:
“Keçirilən rabitə qoşunlarının bu təlimləri də iki ölkənin komanda məntəqələri arasında qarşılıqlı əlaqələri təmin etmək, istəlinən şəraitdə müxtəlif iş rejimində və müdaxilə altında ordularımızın sabit, davamlı, gizli rabitə ilə təmin etmək məqsədi daşıyır”. 
 
Böyük Turan ordusunun qurulmasına gəlincə, Ədalət Verdiyev bunun üçün bir qədər tez olduğunu deyib:
 
“Çünki hazırda Azərbaycan ordu quruculuğunda yeni bir səhifə açıb, ölkəmiz Türkiyə ordu modelinə keçid dövrünü yaşayır. Hazırda yeni struktur ştat cədvəllərinin və uyğun texnika ilə təchizat baxımından tədbirlərin həyata keçirilməsi daha vacibdir. Təbii ki, gələcəkdə bütün bu proseslər başa çatdıqdan sonra ortaq Turan ordusunun və yaxud da Türk dövlətlərinin ortaq bir güc strukturunun yaranması müzakirə oluna bilər. Hazırda isə bu proseslər sadəcə olaraq Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də döyüş əməliyyatlarını dayanıqlı rabitə ilə təmin etmək üçün dəyərli təcrübə mübadiləsi hesab oluna bilər”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code